Qadınların zinət əşyası kimi istifadə etdikləri əşyalar satmaq
Sual: Qadına aid gözəllik əşyalarının ticarəti ilə məşğul olmaq olar? Belə ki, satış nümayəndəsi yəqin olaraq bilir ki, bu əşyaları satdığı qadınlar bunları bayırda naməhrəm kişilərin yanında öz gözəlliklərini nümayiş etdirmək üçün geyinirlər. Çünki ondan bu əşyaları alan qadının vəziyyəti göz qabağındadır. Həmçinin, təəsüflər olsun ki, bəzi şəhərlərdə bu çox geniş vüsət almışdır.
Cavab: Allah-Təalanın qadağan etdiyi məqsədlər üçün bu əşyaları satın alan şəxslərə satış nümayəndəsinin qeyd olunan əşyaları satması caiz deyil. Çünki bu o deməkdir ki, satış nümayəndəsi günah və həddi aşmaqda onlarla əməkdaşlıq edir. Lakin satıcı alıcının bu paltarları öz əri üçün geyinmək məqsədilə aldığını bilirsə və yaxud nə üçün aldığı barədə heç bir məlumatı yoxdursa, o zaman bu paltarları satmaq caizdir.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.67, Sual 3, Fətva № 7359


