Qadın əşyaları satmaq

Sual: Mənim bir biznesim var və burada ətir, saatlar, kosmetika, krem, saç quruducular və uzun, lakin şəffaf olmayan hazır qadın paltarları satıram. Sualım belədir, bu əşyalardan haram olanı var və mən bunların satışını saxlamalıyam yoxsa öz işimə davam edə bilərəm?

Cavab: Qeyd etdiyiniz əşyaları satmaq məsələsinə gəldikdə, onların haramlığına dair heç bir şey yoxdur. Bir şərtlə ki, bu əşyaları satarkən qadınlar ilə mazaqlaşmaq və yaxud zarafat etmək və buna bənzər harama aparan səbəblər olmamalı, haram əməllərlə nəticələnməməlidir.

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.33, Sual 1, Fətva № 14215