Qeyri-müsəlman qadınlara şalvar və alt paltarları satmaq
Sual: Müsəlman bir şəxs qeyri-müsəlmanlara şalvar və alt paltarı sata bilər?
Cavab: Qeyri-müsəlmanlardan olan kişi və qadınlara paltar satmaq olar. Lakin bu paltarlar tamamilə İslamın tələblərinə müvafiq olaraq bədəni örtməli, üzərində xaç şəkilləri olmamalı və kişilərə aid paltarlara gəldikdə isə ipəkdən olmamalıdır. Prinsip etibarilə, satış məsələsində, qadağan olmasına dair dəlil olmadıqca bütün əşyalar halal sayılır. Bu, müsəlman və yaxud qeyri-müsəlman üçün olsa belə fərq etməz.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.20, Fətva № 15901


