Qadın paltarlarının ticarəti ilə məşğul olmaq
Sual: Qadın paltarları, xüsusilə də dar (yaraşıqlı) və həmçinin alt paltarların satışı ilə məşğul olan şəxs ilə bağlı Şəriət hökmü nədir? Bilmək istəyirəm ki, bu kimi paltarlarının satışı ilə məşğul olan kişidən qadınlar bu paltarları alıb, sonra da adamların arasına geyib çıxdıqda buna görə satıcıya günah yazılırmı?
Cavab: İcazə verilən qadın paltarları satmaq olar. Qadağan olunan paltarlar, bunlardan məsələn kafir qadınlarının geydikləri paltarlara bənzər paltarların satışına gəldikdə isə, o zaman bu cür paltarları satmaq olmaz. Çünki bu cür paltarların ticarəti ilə məşğul olmaq günah və həddi aşmaqda yardımlaşmaqdır.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.108, Sual 1, Fətva № 18409


