Meymun alış-verişi ilə məşğul olmaq
Sual: Məlumat üçün bildirim ki, mən yerliyəm. Pişik, quş kimi əhilləşdirilmiş heyvanlar ilə ticarət sahəsinə girişmək istəyirəm. Bura həmçinin şimpanze (meymun) kimi əhilləşdirilməsi və əyləncə məqsədilə müştəriləri dükana cəlb etmək və nəticə etibarilə digər malların satışını artırmaq üçün təlimatlandırılması mümkün olan heyvanlar da aiddir. Bu cür heyvanları ailələrə sadəcə əyləncə məqsədilə satmaq olar, bununla belə qiyməti çox bahadır. Ona görə də bəzi qardaşlar (Allah onları xeyirlə mükafatlandırsın) mənə bildiribilər ki, meymunla ticarət etmək haramdır. Bu heyvanın cəza əlaməti və Allahın qəzəbinə səbəb ola biləcəyini iddia edirlər. Həmçinin onların təbiətinin dəyişdirilməsi və onlarla pis davranmaq kimi dəlillər irəli sürür, bundan əlavə də pula israf sayıldığını deyirlər. Mən ümid edirəm ki, hörmətli şeyxlərimiz bizi daha doğru olana istiqamətləndirmək üçün bu öhdəliyi üz üzərinizə götürəcəklər. Cəzakumullahu xeyr.
Cavab: Pişik, meymun, it və bunlardan başqa köpək dişi olan digər heyvanları satmaq qadağandır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan etmiş və qınamışdır. Həmçinin belə etməklə pula israf edilir. Bunu da həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadağan etmişdir.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.37, Fətva № 18564


