İslam bankına səhm yatırmaq

Sual: İslam bankı səhm satır və hər bir səhmin dəyəri 110 (yüz on) ABŞ dollarıdır. Buradan biz belə başa düşmüşük ki, həmin bank riba ilə ticarət etmir və səhmlərin satışından əldə olunan pullar bu və ya digər riba əqdlərindən azad ticarət fəaliyyətlərində istifadə olunur. Daha sonra əldə olunan gəlir səhmdarlar arasında bölünür. Ona görə də, harama düşməkdən ehtiyat edərək sizdən xahiş edirik ki, bu cür əməlin haram və yaxud halal olmasına dair bizə fətva verəsiniz.

Cavab: Qeyri-ənənəvi banka səhm yatırmaq halaldır və bu səhmlərdən əldə olunan gəlir haram olmayan (halal) ticarətdən qazanıldığından nəticə etibarilə halaldır.

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.507, Fətva № 4512