Musiqi kasetləri satmaq

Sual: Musiqi yazılan audio kasetlər-bunlardan məsələn Ümmi Külsüm və Fərid əl-Ətrəş yaxud buna bənzərlərini satmaq olar?

Cavab: Bu kasetləri satmaq haramdır. Səbəbi bu kasetlərə yazılmış musiqi və mahnılardır ki, bunlar da haramdır. Həmçinin bunları dinləmək də haramdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən də, Allah bir şeyi haram etdikdə onun alışını və satışını da haram edir”.

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.48, Sual 10, Fətva № 6364