Tütün əkmək və bundan əldə olunan gəlir
Sual: Tütün əkmək və fermerlərin bunu sataraq əldə etdikləri qazanc barədə hökm nədir?
Cavab: Tütün əkmək və yaxud bunu satmaq, həmçinin siqaret çəkmək qadağandır. Çünki bir çox səbəbdən-insanın səhhətinə verdiyi zərərli təsiri, xəbis şeylər ehtiva etdiyinə görə və faydası olmadığına görə bu haramdır. Ona görə də, müsəlmana vacibdir ki, bu cür əməlləri tamamilə tərk etsin və bundan uzaqlaşsın. Nə bunu əkməli, nə də bununla ticarət etməlidir. Çünki Allah bir şeyi haram etdikdə, onun ticarətini də haram edir.
Ən doğrusunu Allah bilir.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.62, Sual 1, Fətva № 15928


