Tütün satmaq və siqaret çəkdikdən dərhal sonra namaz qılmaq
Sual: Bütün tütün çeşidlərini satan şəxsin Şəriətə görə hökmü nədir? Mən siqaret çəkirəm və müəzzinin səsini eşitdikdə məscidə gedirəm. Dəstəmazı yeniləmək mənə vacibdir yoxsa sadəcə ağzımı yaxalamaq kifayət edər? Həmçinin bilirəm ki, siqaret müxtəlif xəstəliklərə səbəb olur.
Cavab: Tütün satmaq burada olan xəbis şeylər və çoxsaylı zərərli təsirinə görə haramdır. Belə edən insan fasiqdir. Siqaret çəkdikdən sonra dəstəmaz almaq vacib deyil. Bununla belə, bu cür əməllərinə görə Allaha dərhal tövbə etməsinə əlavə olaraq, ağzından gələn pis qoxunu uzaqlaşdırmaq mümkün bir şeydir.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.57, Sual 2, Fətva № 8982


