Tütün ticarəti etmək və bundan əldə olunan gəliri sədəqə vermək

Sual: Tütün və buna bənzər şeylərlə ticarət etmək barədə hökm nədir? Bu cür malların ticarətindən əldə olunan gəlirlərdən istifadə edərək sədəqə vermək, həcc etmək və yaxud digər yaxşı əməllər etmək olar?

Cavab: Tütün və haram bütün şeylərlə ticarət etmək qadağandır. Səbəbi budur ki, bütün bunlar xəbis şeylərdir, bədən, mənəviyyat və mal-dövlətə zərərli təsiri var. Əgər bir kəs sədəqə vermək və həcc etmək və yaxud xeyir işlərə xərcləmək istəyirsə, halal qazanıb bundan sədəqə vermək, həcc etmək və yaxud yaxşı işlərə xərcləmək lazımdır. Allah-Təala buyurur: Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!”.[1]

Həmçinin Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurur: “Həqiqətən də Allah pakdır və yalnız pak olanı qəbul edir”.[2]

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.55, Sual 2, Fətva № 1407

 


[1] Bəqərə ,267.

[2] Əhməd, Muslim, ət-Tirmizi, əd-Dərimi, əl-Beyhəqi rəvayət etmişdir.