Tütün ticarəti
Sual: Tütün şirkətindən lisenziya alıb tütün ticarəti ilə məşğul olanın hökmü nədir?
Cavab: Tütün çəkmək, eləcə də tütün əkmək haramdır və bununla ticarət etmək də haramdır. Çünki bunda böyük zərər var. Hədisdə deyilir: “Nə zərər vermək olar, nə də zərər toxundurmaq”.
Həmçinin bu cür ticarət xəbis işlərdən sayılır.
Allah-Təala Peyğəmbər (sallallahu aleyhi və səlləmi) vəsf edərək belə buyurur:
“O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər” .[1]
Allah-Təala buyurur:
“(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur”.[2]
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.31, Sual 1, Fətva № 4947
[1] əl-Əraf,157.
[2] əl-Maidə,4.


