Atam üçün siqaret ala bilərəm?
Sual: Atam məndən onun üçün siqaret (tütün) almağımı tələb edir. Almaq olar?
Cavab: İsttifadəsi haram olan istənilən bir şeyi almaq haramdır, istər tütün, tiryək, narkotik maddələr, spirtli içkilər, istərsə də digər haram şeylər olsun, fərq etməz. Qadağanın səbəbi Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) buyurduğu hədisə əsaslanır. Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir:
“Yaradana (Xaliqə) asilikdə (Allahın əmrlərinə qarşı çıxmaq) məxluqa itaət yoxdur”.
Həmçinin Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
“Həqiqətən itaət (bütün) yaxşı işlərdədir”.
Ona görə də, sizə vacibdir ki, atanıza nəsihət edəsiniz və belə şeyləri almağın qadağan olunduğunu ona gözəl tərzdə başa salasınız ki, sizi üzrlü hesab etsin.
Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.64, Sual 4, Fətva № 3201


