Zinakarın xeyirxah əməlləri qəbul olunurmu?
Sual: Qəlbində günah etdiyini bilir və bu cür günah etməmək üçün əlindən gələni edir. Bununla belə zina edir. Bu günahı edənin Allah təala namazını və saleh əməllərini qəbul edirmi? Bu zəiflik istisna olmaqla, həmin insan yaxşı bir müsəlman olmaq istəyir. Yəni gündəlik namazları buraxmır, Allah razılığını qazanmaq üçün vaxt ayırır və pul xərcləyir, heç zaman spirtli içki içmir və yaxud haram yeməklər və s. yemir.
Cavab: Həmd Allaha məxsusdur.
Bəli, hansı saleh əməl-namaz, oruc, sədəqə və s. olursa olsun Allah qəbul edəcəkdir və Allah həmçinin onun tövbəsini də qəbul edir.
Allah Azzə və Cəllə buyurur: “Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur”. [əl-Şüəra 42:25]
Lakin tövbənin qəbul olunması üçün şərtlərdən biri budur ki, tövbə ixlasla, sidqi-ürəkdən edilməlidir.
Həmin şəxs etdiyi bu günaha görə həqiqətən də peşmandırmı?
Bu günahı bir daha təkrar etməməkdə qərarlıdırmı, əzmlidirmi?
Görəsən, onu bu günaha sürükləyə biləcək əlaqələr, ünvanlar, telefon nömrələri, əxlaqsız yuvalara getmək, pis yoldaşlar, kinolar, şəkillər və s. kimi şeylərdən əl çəkibmi?
Bizim əqidəmiz (inandığımız) budur ki, həmin insan həqiqətən tövbə edibsə, o bu asilikdən mütləq əl çəkəcəkdir.
Bundan əlavə, bilmək lazımdır i, zina fahiş əməllərin ən iyrəncidir.
Allah təala buyurur: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!”. (əl-İsra 17:32)
Zina edən evli insanlar ən pis və ən şiddətli şəkildə cəzalandırılır. Bu cəza ölənə kimi onu daşqalaq (rəcm) etməkdir. Bu cür cəzanın verilməsindən məqsəd onun bədən üzvlərinin hər birinin bu əzabı dadmasıdır. Çünki, həmin insanın bədən üzvləri halal ləzzət (evlilik) olduğu halda, haram yolla (zina etməklə) ləzzət almışdırlar. Evli olmayan və əvvəl heç zaman evlənməyən zina edən kəsə gəldikdə, həmin kəs şəriətdə əmr olunan ən çox sayda qamçı ilə şallaqlanmalıdır. Bu da yüz şallaqdır.
Bundan əlavə, möminlərdən bir dəstə camaat onlara verilən cəzaya şahid olur.
Onlar yaşadıqları şəhərdən, kəntdən və s. sürgün edilməklə rəzil olurlar, bu cinayəti işlədikləri yerdən tam bir il müddətinə uzaqlaşdırılırlar.
Zina edən günahkarların cəzası budur ki, onlar Bərzəxdə (bu dünya ilə axirət arasında olan keçici yer) təndirin içində olacaqlar, təndirin ağız hissəsi dar, aşağı hissəsi isə enli olacaqdır. Aşağısından od qalanacaqdır və həmin təndirin içində olanlar bu zaman çılpaq olacaqdır.
Təndir yananda onlar (zina edənlər) ucadan çığlıq atacaqlar və təndirin ta ağzına kimi gələcəklər və çıxmaqlarına az qalmış od aşağı düşəcək və onlar yenidən təndirin dibinə gedəcəklər. Qiyamət günü baş verənə kimi bu cür davam edəcəkdir. Elə isə Cəhənnəm Odunun içində onların əzabı görəsən necə olacaqdır?
Allahdan diləyimiz budur ki, bu günaha qarşı bizim qəlbimizdə nifrət oyatsın və tövbəmizi qəbul etsin. Alladan istəyirik ki, xeyirxah işlər görmək və pis, günah işlərdən çəkinməkdə bizə Yardımçı olsun. Həqiqətən də, O hər şeyi Eşidən və qullarına Çox Yaxındır.
Ən doğrusunu Allah bilir.


