Çılpaq qadınlara baxmağa aludə olan insan bunun qarşısını necə alsın?
Sual: Bəzənmiş, zinətlənmiş qadınlara baxmaq adətindən, vərdişindən əziyyət çəkirəm, çəkinə bilmirəm. Çox vaxt baxışlarımı, gözlərimi aşağa sala bilmirəm. Xahiş edirəm mənə nəsihət edin. Nə edim?
Cavab: Həmd Allaha məxsusdur.
İrinli yarası olan bir insan zəhəri uzaqlaşdırmaq üçün hər bir vasitədən istifadə etməlidir, onu padzəhər (zəhər əleyhinə vasitə) və məlhəmlərlə sağaltmalıdır. Buna bir neçə yolla nail olmaq olar:
1. Evlənmək. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Sizlərdən biriniz bir qadının zinətlərini (gözəlliklərini) görsə, öz zövcəsinə yaxınlaşsın (onunla əlaqədə olsun). Çünki digərlərində olan zinət onda da var.” Bu cür etmək onun şəhvətini azaldacaq və kor-koranə aludə olmasını, vurulmasını zəiflədəcəkdir.
2. Gündəlik beş namazı əda etməyə davam etmək, dua etmək və dan yeri sökülməmişdən öncəki müddətdə Allaha yalvarmaq, dua edərkən xuşu (nə söylədiyinin şüurunda olaraq) ilə etmək. Duanı çoxaltmaq. Məsələn: “Ya muqallib əl-quluub səbbit qalbi alə diinik” (Ey qəlbləri çevirən Allah! Qəlbimi dinin üzərində sabit et); “Ya musarrif əl-quluub, sarrif qalbi ilə taaətikə va taaəti rəsuulikə” (Ey qəlbləri idarə edən! Qəlbimi Sənə və rəsuluna itaətə yönləndir). Həmin insan duasına və Allaha yalvarışına davam edərsə, Allah təala onun qəlbini həmin şeydən (meyl etdiyi şeydən və s.) uzaqlaşdırar. Necə ki, Allah təala buyurur: “Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” [Yusif 12:24]
Sitatın sonu. Fətəəvə əl-Kubra (3/77), Şeyxul Islam ibn Teymiyyə, Allah ona rəhmət etsin.
3. Bəzənmiş, zinətlənmiş qadınların olduğu yerlərdən uzaq olmaq. İnsana təsir edən və qəlbinin zəifləməsinə səbəb olan surətlər göstərən televiziya kanalları və.s bu kimi şeylərdən uzaq olmaq.
Ən doğrusunu Allah bilir.


