Cəmiyyətləri zina bəlasından necə xilas etmək olar?
Sual: Zina edən kişi və qadına qarşı indiki dövrdə dörd şahid necə irəli sürmək olar? Bu münkər (pis) əməldən müsəlman gənclərimizi necə çəkindirə bilərik? Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Həmd Allaha məxsusdur.
Birincisi:
Alimlər zinaya dair sübutları irəli sürməyin yollarını sadalamışdırlar və məsələyə dair dörd yol var:
• Şahidlərin ifadəsi
• Zina edən tərəflərin zina etdiklərini etiraf etməsi
• Əri və yaxud seyyidi (sahibi) olmayan qadının hamilə qalması
• Kişi “lian”da iştirak edib, qadın “lianda” (lənətləşmək) iştirak etməkdən imtina edərsə.
Zina məsələsində şahidlərin sayı şahidliyi məqbul hesab edilən dörd nəfərdən ibarət olur. Şahidlər zina günahını açıq-aydın şəkildə gördüklərini bildirməlidirlər. Yəni, onlar kişinin zəkərinin (tənasül üzvü) qadının fərcinin (tənasül üzvünə) içərisində olduğunu görməlidirlər. Şahidlərdən biri və yaxud bir neçəsi onları lüt, çılpaq şəkildə gördüklərinə dair şahidlik etsələr və yaxud onları müəyyən hal və hərəkətlərdə olduğunu vəsf etsələr, bütün bunlar zinanın baş verdiyini sübuta yetirmək üçün kifayət etmir.
Şeyx ibn Üseymin (Allah ona rəhmət etsin) “Şərh əl-Mumti” (6/157) əsərində demişdir:
Onlar zinanı açıq-aydın, yəni “Mən gördüm ki, kişinin tənasül üzvü qadının tənasül üzvünün içərisində idi” kimi ifadələrlə vəsf etməlidirlər. Bunun başqa yolu, alternativi yoxdur.
Əgər onlar: “Biz kişini qadının üstündə gördük və onlar çılpaq idilər”deyə söyləsələr, bu məqbul deyil. Hətta şahidlər: “Biz bir tərəfin digər tərəflə, bir kişinin öz qadını ilə etdiyini gördük” söyləsələr belə, bu şahidlik baxımından kifayət sayılmır.
Onlar: “Biz şahidlik edirik ki, kişinin tənasül üzvü qadının tənasül üzvünün daxilində idi” söyləməlidirlər. Bilmək lazımdır ki, bunu sübuta yetirmək çox çətindir. Ömərin (Allah ondan razı olsun) dövründə bir kişi söyləmiş, lakin onun əleyhinə şahidlik edilərək deyilmişdir: “Əgər sən dörd ombanın arasında olsaydın, bu ifadəni heç zaman verə bilməzdin.”
Ona görə də, Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) qeyd edir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm dövründən onun (İbn Teymiyyənin) dövrünə kimi şahidlik yolu ilə heç bir zina faktı subuta yetirilməmişdir. Əgər, o dövrdən başqa bir dövrə kimi heç bir zina faktı subut olunmamışdırsa, o zaman bizim dövrümüzə kimi şahidlik yolu ilə hər hansı bir hadisənin subut olunduğu bizə məlum deyil. Çünki bunu etmək çox çətindir. Sitatın sonu.
Zinaya şahidlik məsələsində bu cür sərt, ciddi şərtlərin qoyulmasından hədəf sadəcə şəriətdə nəzərdə tutulan məqsədə nail olmaqdır. Bu məqsəd, insanların (günahlarını) örtmək, üstünü açmaq, əxlaqsızlığı yaymaq, cəmiyyətlərdə insanların şərəfinə dil uzatmaq və nəsil-nəcabətinə böhtan atmaq kimi halların qarşısını almağa xidmət edir.
Qurtubi (Allah ona rəhmət etsin) “Cami li Əhkam əl-Quran (5/83)” əsərində demişdir:
“Buna (zinaya) şahidlik edənlər üçün bunu çətinləşdirmək və insanların günahlarını örtmək üçün Allah təala zinaya dair şahidliyin dörd nəfər tərəfindən yerinə yetirilməsini bildirmişdir.” Sitatın sonu.
Şeyx Abdurrəhman əl-Sadi “Təfsir (1/563)” əsərində demişdir:
“Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsil yalançıdırlar” [ən-Nur 24:13]. Yəni? nə üçün ittiham edənlər ittiham etdikləri məsələdə şahid gətirmədilər? Yəni, əxlaqlı (doğru-dürüst) “dörd şahid”.
“Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsil yalançıdırlar”- hətta onlar öz daxillərində bundan əmin olsalar belə, onlar Allahın hökmünə görə yalançılardır. Çünki Allah dörd şahid olmadan bu barədə danışmağı onlara qadağan etmişdir.
Allah təala, “Elə isə onlar yalançılardır” deyil, “ONLAR ALLAH YANINDA ƏSİL YALANÇIDIRLAR” deyə söylədi. Bütün bunlar müsəlmanın namusunun, şərəfinin ciddi şəkildə toxunulmazlığına, haram olmasına dəlalət edir. Ona görə də, şahid ortaya qoymadan bunun əleyhinə ittiham irəli sürmək qadağandır. Sitatın sonu.
İkincisi:
Gənclərimizi və cəmiyyətlərimizi bu biabırçılıq, günahdan qorumaq üçün, xalqlar, millətlər və cəmiyyətlər tərəfindən müxtəlif cəbhələrdə birgə səylərin ortaya qoyulması mühümdür. Bu fərdi deyil, ümumi bir cavabdehlikdir. Ümumi, birgə səyləri ortaya qoymadan, zina və onun fəsadlarına qarşı cəmiyyəti qorumaq üçün addımlar atmadan cəmiyyətin dirçəlişinə, rifahına nail olmaq mümkün deyil. Bu addımlara aşağıdakılar daxildir:
1. Zina günahının ciddiliyi, şiddətli olması barədə maarifləndirmə işi aparmaq. Həmçinin bildirmək lazımdır ki, zina böyük günahlardandır. Sağlam düşüncə və şəriət bunun iyrənc və haram olduğunu qəbul edir. O cümlədən, başa salmaq lazımdır ki, zina millətlərin çökməsinə, tənəzzülünə, həlakına səbəbdir və bu dünyada fəlakət, bəla gətirir. Axirətdə isə bunun cəzası cəhənnəmdir.
İmam Əhməd demişdir: “Qətldən sonra, zinadan pis bir şey yoxdur. ” (Ğadha əl-Əlbəb (2/435)
Allah təala buyurur: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl (həddi aşan istənilən bir şey: böyük günah) və (Allah bağışlamazsa insanı cəhənnmə sürükləyən) murdar bir yoldur!” (əl-İsra 17:32)
Şeyx Abdurrəhman əl-Sadi “Təfsir (1/457)” əsərində demişdir:
Allah zinanı və zinadan doğan fəsadları “FAAHİŞƏ (yəni, həddi aşan hər bir şey: böyük günah)”, şəriətə və sağlam düşüncəyə, sağlam insan fitrətinə görəiyrənc olan bir günah adlandırır. Çünki bu Allahın haqqlarına, qadının haqqlarına, onun ailəsinin haqqlarına və onun ərinin haqqlarına qarşı həddi aşmaqdır. Bu əxlaqsızlığı yaymaq, nəsilləri və digər pis əməlləri, şərləri, fəsadları qarışdırmaqdır.
“Murdar bir yoldur” kəlilməsinin mənası budur ki, bu böyük günahı işləməyə cürət edən üçün bu münkər, iyrənc bir yoldur, vasitədir. Sitatın sonu.
2. Bu münkər əməlin yayılmasından meydana gələn münkər, pis aqibət, fəsadlar barəsində gəncləri xəbərdar etmək vacibdir. Çünki bütün bunlar ailələrin və cəmiyyətlərin əmin-amanlığını, sabitliyini təhlükə ilə üz-üzə qoyur. Belə ki, öldürücü xəstəliklərin, nikahdan kənar (zinadan doğulmuş) doğulan uşaqların çoxalmasına, ailələrin parçalanmasına, uşaqların lazımınca tərbiyə olunmamasına və pis tərbiyə altında böyüməsinə, boşanmaların sayının artmasına, cinayətlərin və digər fəsadların artmasına səbəb olur. Bunun icazəli olduğu, zinanın ən pis şəkli ilə geniş yayıldığı cəmiyyətlərdə bu təsir daha qabarıq şəkildə özünü göstərir, hiss etdirir. Nəticədə həmin cəmiyyətlərin parçalanması və mədəniyyətlərin çökməsinə gətirib çıxarır.
3. Cinsi əlaqələrdə şəriətin qoyduğu yolları asanlaşdırmağa çalışmaq. Bu isə halal evliliklə həyata keçir. Evliliyə təşviq etmək və bunun şəriət tərəfindən təşviq olunduğunu gənclərə bildirmək, peyğəmbərlərin yolu olduğunu başa salmaq və evlənən kəsin artıq dinin yarısını tamamladığını, özünü və həyat yoldaşının namusunu qoruduğu üçün mükafatlandırılacaqlarını bildirmək bu yollardan biridir.
4. Bu məsələdə cəmiyyətin üzərinə düşən vəzifələrdən biri evlilik qarşısında olan maneələri aradan qaldırmağa çalışmaqdır. Evlilik üçün maneə olan kasıbçılıq məsələsi həll olunmalı və özlərinin namusunu qorumaq üçün kifayət qədər imkanı olmayan gəncləri maddi vasitələrlə təmin etmək lazımdır.
Qurtubi: “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!” [ən-Nur 24:32] ayəsinin şərhində demişdir: “Aranızda zövcəsi olmayan kəsləri evləndirin, çünki bu namuslu, iffətli olmağa nail olmaq üçün yoldur.”
Sitatın sonu. (12/239)
Əbu Ubeyd əl-Qasim ibn Salamın “əl-Əmval (251)” kitabında deyilir:
“Ömər ibn Abduləziz, özünün İraqdakı valisinə yazdığı məktubunda belə deyir: “Mal-dövləti olmayan hər bir subayı axtarıb tapın və evlənmək istəyərsə onun evliliyini təşkil edin və ona sədəqə verin. ”
5. Bu mühüm məsələdə cəmiyyətlərin və valideynlərin üzərinə düşən ən mühüm vəzifə budur ki, onlar mehr (başlıq pulu) məsələsində ifrata varmamalı və yaxud evlilik xərclərində özlərini nümayiş etdirərək və ya qarşı tərəfdən (oğlan tərəfindən) mal-dövlət əldə etməyə çalışaraq həddini aşmamalarıdırlar.
Ömər ibn Xattab minbərdən bir dəfə minbərdən xütbə verərkən demişdir:
“Qadınlara mehirdə həddinizi aşmayın, çünki bu dünyada bu şərəf və ləyaqət və Allah qarşısında təqvalı olma əlaməti olsaydı, o zaman Muhəmməd sallallahu aleyhi və səlləm bu məsələdə sizi qabaqlamış olardı. Lakin, o nə öz zövcələrinə, nə də onun qızlarına iyirmi “uqiyədən” artıq mehr verilməmişdir.
Əbu Davud (2106); Şeyx Albani “Səhih Əbu Davud”da hədisi səhih olaraq təsnif etmişdir.
Ağıl və düşüncə sahibi insanlar bunu da inkar etmirlər ki, qızlarını ərə verərkən mehir məsələsində valideynlərin həddini aşması cəmiyyətlərin korlanması və əxlaqsızlığın yayılmasının səbəblərindən biridir.
Vil Durant, bəzi qərb cəmiyyətlərində tarixin müəyyən dövrlərində əxlaqsızlığın yayılmasından bəhs edərək “Məbahic əl-Fəlsəfə” (Fəlsəfənin Ləzzətləri 127-128) adlı kitabında demişdir:
“Şübhəsiz ki, bu (əxlaqsızlıq) müəyyən dərəcədə, atalarının öz qızları üçün təyin etdiyi yüksək mehir tələbatından irəli gəlməkdədir. Sözügedən atalar sözün əsl mənasında evliliyin “alınıb-satılan mal” olduğu bir dövrdə qızlarının iffəti üçün qiymət təyin etmişdilər. Sitatın sonu.
6. Cəmiyyətlərdə zina münkərini dəf etmək üçün ən mühüm vasitələrdən biri cütlər arasında sevgi mühitinin yayılması, məhəbbət, ülfət, hörmət, səmimiyyət, sədaqət, haqq və vəzifələri yerinə yetirməklə ailələrin xoşbəxt olmasına çalışmaqdır. Çünki, xoşbəxt ailələr və bir-birini sevən cütlər cəmiyyəti azmaqdan və xəyali səadət axtarmaq məqsədilə əxlaqsız yollara düşməsinin qarşısını alan qoruyucu vasitədir.
Sonda bildirmək istəyirik ki, Allah Sübhənahu və Təala ilə rabitə quran möhkəm, dayanıqlı, mətanətli və dindar bir mühitin, abu-havanın yaradılması mühümdür. Belə bir cəmiyyətə açıq-saçıqlıq və hicabsızlıq yaddır. Bu cür cəmiyyətdə övrətlər örtülüdür, içki və musiqi, zinanın səsləyiciləri qadağandır. Çünki bu sadalananlar əxlaqsızlığın alovlanması üçün yanacaq rolunu oynayır. Beləliklə, cəmiyyət özünü bunlardan xilas edərsə, həmin alovdan əmin aman, salamat qalacaqdır.
Ən doğrusunu Allah bilir.
http://islam-qa.com/en/ref/88051


