İslam dini lezbianlıq və homoseksuallığı nə üçün qadağan edir?

Sual: Islam dininə görə homoseksuallıq nə üçün haram sayılır? Bunun səbəbini mənə izah edə bilərsinizmi? Bilirəm ki, bu haramdır, lakin səbəbi nədir? Bu barədə Qurani Kərimdə və yaxud hədislərdə nə deyilir?

Cavab:

Həmd Allaha məxsusdur.

Allah-Təalanın bütün əmrlərində bir hikmət olduğuna müsəlman bir kəs bir an belə şəkk etməməlidir. Müsəlman bilməlidir ki, Allah təalanın əmr və qadağalarında açıq-aydın hikmət, insanlar üçün doğru yol var. İnsanın salamat, əmin-amanlıqda olması, öz şərəfini, ağlını və sağlamlığını qorumaq üçün yeganə yoldur. Bütün bunlar Allah təalanın insanda xəlq etdiyi fitrətə müvafiqdir.

Bəzi dinsizlər İslam dini və onun əhkamlarına tənə etməyə, hücumlar etməyə çalışırlar. Onlar boşanma, çoxarvadlılıq kimi islamın əhkamlarını inkar etmiş və spirtli içkiləri halal etmişdirlər. Bu cəmiyyətlərin vəziyyətinə nəzər salanlar, onların düşdüyü bu acınacaqlı duruma özləri də şahid ola bilərlər.

Onlar islamda boşanmanın əhkamlarını rədd etdilər, nəticə etibarilə bu boşluğu “ölüm, qətl” hadisələri doldurdu.

İslamda çoxarvadlılıq barədə əhkamları rədd etdilər, nəticədə kişilər bu boşluğu özləri üçün “məşuqələr” tutmaq ilə doldurmağa başladılar.

Spirtli içkilərə icazə verdilər, nəticədə isə müxtəlif formada və şəkildə rüsvayedici və əxlaqsız əməllər, rəzalət sürətlə yayılmağa başladı.

Mavilər və lezbianlar, bu qrupun hər ikisi Allah təalanın insanda-o cümlədən heyvanlarda-xəlq etdiyi fitrətə zidd hərəkət edirlər. Halbuki fitrətə müvafiq olaraq kişilər qadınlara, qadınlar isə kişilərə meyilli olur. Kim Allahın insanda xəlq etdiyi bu fitrətə (təbiiliyə) qarşı çıxarsa, bəşər övladının fitrətinə (təbiiliyinə) qarşı çıxmışdır.


Homoseksuallığın yayılması bir çox xəstəliklərə səbəb olmuşdur. Nə Şərq, nə də Qərb bunun mövcudluğunun bunlardan dolayı olduğunu inkar edə bilməzlər. Hətta insanın təbiətinə zidd bu iyrənc əməlin nəticəsi sadəcə insanın immun sisteminə hücum edən AİDS olsa belə, bunun özü belə artıq kifayət edir.

Həmçinin ailələrin dağılmasına səbəb olur, bu iyrənc əməllər ilə məşğul olmaları səbəbindən insanlar öz işlərindən və təhsillərindən uzaqlaşmalı olurlar.

Bir halda ki, bu qadağa Allah təala tərəfindən qoyulmuşdur, müsəlman bir kəs Allah təalanın qadağan etdiyi bu əməli edən kəsin zərərə məruz qalacağı tibb tərəfindən sübut edilənə qədər gözləməməlidir. Əksinə o qəti bir yəqinlik ilə inanmalıdır ki, Allah Təalanın əmrlərində insanlar üçün yalnız xeyir var. Müasir kəşflər isə sadəcə onun yəqinliyini və Allahın hikmətinin əzəmətli olduğuna inamını daha da artırmalıdır.

İbn əl-Qeyyim demişdir:

“Həm zina, həm də homoseksuallığın hər ikisi Allahın yaradılış hikmətinə və əmrlərinə zidd olan fitnə-fəsaddan ibarətdir. Homoseksuallığın şərri, fitnə-fəsadı və zərəri saysız-hesabsızdır, buna bulaşan kəsin məhv olması, bu cür əməliin ona edilməsindən qat-qat yaxşıdır. Çünki, artıq bundan sonra bu şəxs o dərəcədə şərrli və azğın olur ki, onun düzəlməsinə artıq ümid yeri qala bilməz. Bütün xeyirlər ondan uzaqlaşır. O artıq Allahın qarşısında və yaxud onun məxluqunun qarşısında heç bir xəcalət çəkmir. Bunu ona edən (aktiv) tərəfin mənisi onun bədəni və ruhu üçün zəhər funksiyasını daşıyır. Elm əhli bu işə bulaşan tərəfin nə vaxtsa cənnətə daxil olacağı barədə ixtilaf etmişdirlər. Bu barədə Şeyxul İslamın rəvayət etdiyi iki rəy mənə məlumdur”.

İbn əl-Qeyyim, “Əl-Cəvab əl-Kafi, səh.115”.

2. Lezbiançılıq-kişinin qadına etdiyini bir qadının digər qadına etməsi mənasını ifadə edir. Homoseksuallıq kişilərin bir-biri ilə arxa hissədən yaxınlaşması mənasını ifadə edir. Bu Allah təalanın peyğəmbəri Lut peyğəmbərin lənətə gəlmiş qövmünün əməli idi. Şəriət terminologiyasında bu əməl kişinin cinsiyyət orqanının uc hissəsini bir kişinin anusuna daxil etməsidir.

QURAN VƏ SÜNNƏDƏ BU ƏMƏLLƏR BARƏDƏ SÖYLƏNİLƏNLƏR

Allah-Təala buyurur (mənaca tərcümədə):

80 Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?

81 Siz, qadınları qoyub şəh-vətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. [əl-Əraf 7:80-81]

Allah-Təala buyurur (mənaca tərcümədə):

“Biz onların üstünə (qasırğa ilə birgə) daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –[əl-Qamər 54:34]

Allah təala buyurur (mənaca tərcümədə):

“Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?” [əl-Əraf 7:80]

Allah-Təala buyurur (mənaca tərcümədə):

“Lutu da (xatırla!) Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdə heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz.” [əl-Ənkəbut 29:28]

Allah-Təala buyurur (mənaca tərcümədə):

Lutu da (yada sal!) Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir camaat idilər. [əl-Ənbiya 21:74]

Allah təala buyurur (mənaca tərcümədə):

54 Lutu da (yada sal.) Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz?

55 Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz!”

56 Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu.

57 Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun (arvadını) geridə qalanlardan olmasına qərar verdik.

58 Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş! [ən-Nəml 27:54-58]

Bu ayələr Lut qövmünün düçar olduqları cəzalara aiddir.

Bu əməli edənlər barədə islam dininin hökmünə dair ayə:

Allah təala buyurur (mənaca tərcümədə):

Aranızda belə (yaramaz) iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.”[ən-Nisa 4:16]

İbn Kəsir Allah ona rəhmət etsin demişdir:

“Allah-Təalanın “Aranızda belə (yaramaz) iş tutanların hər ikisinə əziyyət verin”, ayəsinin mənası odur ki, bu əxlaqsız əməlləri edənlərin hər ikisini cəzalandırın. İbn Abbas (Allah ondan razı olsun) , Səid ibn Cübeyr və digərləri demişdir: “Onları qınamaqla, abırlarını verməklə və ayaqqabılar ilə vurmaqla. Bu hökm Allah təala bunun hökmünü qaldırıb, qamçılanma və daş-qalaq etməklə əvəz edənə qədər idi.


İkrimə, Ata, Həsən və Abdullah ibn Kəsir demişdir: “ Bu zina edən kişi və qadın barədə nazil olub. Səddi demişdir: “Bu, evlənməyən gənclər barədə nazil olub. Mücahid demişdir: “Bu ayə, açıq-aydın şəkildə bunu etiraf edən iki kəs barədə nazil olmuşdur; bunun üçün kinayə kifayət etmir. Ən doğrusunu Allah bilir”.

İbn Kəsir, “Təfsir”, (1/463)

A. Cabirin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Ümmətim üçün ən çox qorxduğum şey Lut qövmünün əməlidir.” Tirmizi (1457); İbn Macə (2563). Şeyx Albani-Allah ona rəhmət etsin-“Səhih əl-Cami” (1552) əsərində bu hədisi səhih olaraq təsnif etmişdir.

B. İbn Abbasın belə söylədiyi rəvayət olunur: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “…heyvan ilə cinsi yaxınlıq edənə Allah lənət etsin (və yaxud lənətlənmişdir), Lut qövmünün əməlini edənə Allah lənət etsin (və ya lənətlənmişdir).”

Əhməd (1878); Şeyx Albani “Səhih əl-Cami” (5891) əsərində bu hədisi səhih olaraq təsnif etmişdir.

C. İbn Abbasın belə söylədiyi rəvayət olunur: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Lut qövmünün əməlini edən birini görsəniz faili də (aktiv tərəfi), (passiv tərəfi) də öldürün.” Tirmizi (1456); Əbu Davud (4462); İbn Macə (2561). Şeyx Albani “Səhih əl-Cami” (6589) əsərində bu hədisi səhih olaraq təsnif etmişdir.

Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/en/ref/10050