Homoseksuallığa qarşı müsəlmanın münasibəti

Sual: Hörmətli yoldaş,necəsiniz? Mən hal-hazırda Asiyada, xüsusilə də Malaziyada homoseksuallıqla əlaqədar təqibləri araşdırıram. Ümid edirəm ki, siz mənim bəzi suallarıma cavab tapmaqda mənə kömək edəcəksiniz.

1) Malaziyada homoseksuallar ilə necə davranılır (müsəlman və qeyri-müsəlman)?

2) Bunun cəzası necədir?

3) Cəmiyyət homoseksuallığı necə qavrayır?

4) Homoseksuallıq icazəlidirmi?
Köməyiniz üçün təşəkkür edirəm.

Cavab:

Həmd Allaha məxsusdur.

Malaziyada homoseksuallıq barəsində hər hansı məlumatımız yoxdur. Lakin düşünürük ki, müsəlmanlar bu cür murdar, rəzil əmələ tamamilə nifrət edirlər. Çünki müsəlmanların dini olan İslam bunu qəti qadağan edir, bunun üçün bu dünya və axirətdə şiddətli cəza müəyyən edib. Başqa cür necə ola bilər ki, İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm demişdir: “Kimi, Lut qövmünün əməlini[1] edən görsəniz edəni də, ediləni də öldürün”.[2] Yəni (buna məcbur edilərək deyil) razılıq əsasında edilibsə.

İslam alimləri Malik, Şafi, Əhməd və İshaq bildirirlər ki, (bu cinayətdən təqsirli olan şəxs) daş-qalaq edilir, istər evli olsun, istərsə də subay fərq etməz.

Şübhəsiz ki, Allah-Təalanın xəlq etdiyi saf insan təbiətinə, fitrətinə zidd gedərək, kişiləri kişilərlə, qadınları qadınlarla qane edən, ailələri dağıdan, doğum artımına mənfi şəkildə təsir edən, öldürücü xəstəliklərin yayılmasına səbəb olan, uşaqlar təcavüz olunduğunda məsumlara zərər verən, ümumiyyətlə isə yer üzündə fəsad yayan bu əməlin kökü kəsilməli və buna son qoyulmalıdır.

Ola bilsin ki, sizin tədqiqatınız bu dinin əzəmətli və dəqiq qayda- qanunları, bunu Nazil Edənin hikməti barəsində daha çox məlumat əldə etməyə səbəb olacaq.

Allaha dua edirik ki, sizə yardım etsin və sizi müvəffəq etsin. Çünki doğru yola yönəldən Odur.

http://islam-qa.com/en/ref/2104

 

 


[1] Homoseksualizmlə məşğul olan.

[2] Tirmizi, Sünən əsəri; 1376.