Homoseksuallığın hökmü

Sual: Homoseksuallıqdan tövbə edən insandan nə tələb olunur?

Cavab: Onların hər ikisinə-həm aktiv, həm də passivə vacibdir ki, Alaha təcili, gözləmədən və ixlasla tövbə etsinlər. Çünki Allah-Təala bu iyrənc cinayəti işləyən Lut qövmünə digər qövmlərə göndərdiyi cəzadan daha güclüsünü və eyni zamanda müxtəlif cəzalar göndərmişdir. Bu cəzalar digərlərinə göndərilən cəzadan daha pis olmuşdur. Bu cəzaların birləşməsi bu cür olmuşdur:

1. Onlar kor edilmişdirlər və əlləri ilə yoxlaya-yoxlaya iməkləyirdilər. Necə ki, Allah-təala buyurur: “fə təməsnə ə`yunəhum” (yəni, onları kor etdik).

2. Qulaqbatıran, gurultulu qışqırtı səsi (onların qəlblərini parçalamışdı).

3. Onların evlərinin altı-üstünə, üstü-altına çevrilmişdi.

4. Allah-Təala onların üzərinə xüsusilə onlar üçün hazırlanmış, odda bişmiş gildən daş tufanı yağdırmış və onları tamamilə məhv etmişdi.
Nəticə etibarilə İslamda uşaqbazlığın, homoseksuallığın cəzası ölümdür. Fərq etməz, istər bunu edənlər evli və yaxud subay olsunlar. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Bu əməli kimin etdiyini görsəniz həm aktivi, həm də passivi, onları öldürün”.[1]

QEYD: Saytımızda fətvalarda keçən edam, ölüm hökmü, ümumiyyətlə cəzanın tətbiqi ilə bağlı məsələlər fərdlərə deyil səlahiyyət orqanlarının məsuliyyət dairəsinə daxildir.

 


[1] Əbu Davud, Tirmizi, İbn Macə rəvayət etmişdirlər. Şeyx Albani “İrva ul Ğalil 2350; hədisi səhih olaraq təsnif etmişdir.