Zina, qumar və donuz əti nə üçün haramdır?

Sual: İslamda zina, qumar və donuz əti nə üçün haramdır və yaxud haram edilmişdir?

Cavab: Olduqca açıq-aydın və ixtilafa ehtiyac qoymayan məsələlər barəsində bu cür sualın müsəlman tərəfindən verilməsi bizim tərəfdən qəribə qarşılansa da, bunun cavabı sadəcə budur ki, bu şeylərin haram olmasının səbəbi, bunların Allah tərəfindən qadağan edilməsidir. O Allah ki, hər birimizin Ona itaət etməsi vacibdir. Allah-Təala Quranda bizə xitab edir: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”.[1]

Allah-Təala buyurur:

“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir…”.[2]

Allah-Təala buyurur:

“90 – Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!

91 – Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”.[3]

Nəticə etibarilə, hər birimiz Allah-Təalanın qadağan etdiyi hər bir şeydən, Onun əmrlərinə iman etməklə, savabını ümid etməklə və cəzasından qorxmaqla çəkinməliyik. Həmçinin iman gətirməliyik ki, İslam Şəriətində Allah-Təalanın qadağan etdiyi elə bir şey yoxdur ki, onda zərər və fəsad olmasın. İstər bunu ağlımız dərk etsin və ya etməsin. Çünki Allah-Təala buyurur: “Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar”.[4]

http://islam-qa.com/en/ref/751

 


[1] əl-İsra,32.

[2] əl-Bəqərə,173.

[3] əl-Maidə,90-91.

[4] ən-Nisa,65.