Bir qadın zina edib və intihar etməyi düşünür

Sual: Ərdə olan bir qadın zina edib və sonradan bu əməlindən tövbə etmişdir. Lakin bu günahdan vicdan əzabı çəkir, heç fikrindən çıxmır. İndi də intihar etmək istəyir. Belə bir vəziyyətdə nə etmək lazımdır və nə məsləhət verərdiniz?

Cavab:

Həmd Allaha məxsusdur.

İbn Məsud radiyallahu anhu: “Mömin öz günahını aşağısında (ətəyində) oturduğu bir dağ kimi görür və qorxur ki, dağ onun üstünə düşəcək. Fasiq isə öz günahını (burnunun qarşısından) ötüb keçən (əli ilə vurduğu) bir milçək kimi görür…”.[1]

Günaha görə qadında yaranan məsuliyyət hissi onun imanının əlamətidir. Biz həmin qadına aşağıdakıları tövsiyə edirik:

1.Şəriətimizə görə etibarlı olduğunu təsdiqləmək üçün ilk həyat yoldaşı ilə ailə vəziyyətini yoxlasın. Bunun talaq[2], yoxsa xula[3]olduğunu öyrənsin.

2.Həmçinin ikinci kişi ilə nikahının etibarlı olub-olmadığını təsbit etsin. Çünki zina edən iki şəxs arasında nikah bundan tövbə olunmadıqca, bu əməllərinə səmimi qəlbdən peşman olmadıqca etibarlı sayılmır. Nikahın etibarlı olmadığı aşkar olarsa, nikah əqdi yenidən bağlanmalıdır.

3.Əgər sözükeçən qadın Allaha tövbəsində səmimi isə, etdiyinə görə peşman olubsa və bir daha bu əmələ qayıtmamağa qəti qərar veribsə, günahlar nə qədər böyük olursa-olsun Allah bütün günahları bağışlayır. Ona görə də Allahın rəhmətindən ümidini kəsməsin, çünki Allahın rəhmətindən, mərhəmətindən ümidini kəsənlər yalnız kafirlərdir. Yolunu azmışlardan başqa kim Allahın rəhmətindən ümidini kəsə bilər?

4.Öz günahlarını silmək üçün çoxlu xeyir işlər görməyə tələssin.

Çünki Allah-Təala buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)”.[4]

5. Saflıq və ismətlə yenidən təmiz, pak İslam həyat tərzinə qədəm qoysun. İntihar əsla həll yolu ola bilməz. Belə ki, bu günah böyük günahların ən ağırlarından biridir. Buna əl atan insan öz cəzasını artırmaqdan başqa bir şey etməyəcək.

Peyğəmbər sallallahu aleyhi və səlləm: “Kim özünü dağdan atıb öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq özünü dağdan atar. Kim zəhər içib özünü öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq zəhər içər.  Kim özünü dəmir parçası (bıçaq və s) ilə öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq həmin dəmiri öz əlilə qarnına soxar”.[5]

Allaha dua edirik ki, bu qadına səmimi qəlbdən tövbə etməkdə yardım etsin, onun günahlarını bağışlasın və Onu öz rəhməti ilə əhatə etsin. Çünki həqiqətən də O hər bir şeyi Eşidən və dualara cavab verəndir.

http://islam-qa.com/en/ref/373


[1] Buxari, 6308.

[2] Kişi tərəfindən təşəbbüs edilən boşanma.

[3] Qadın tərəfindən təşəbbüs edilən boşanma.

[4] Hud,114.

[5] Buxari, 5778.