Zinakar kişi və qadın evlənərsə, bu onları cəzanın məsuliyyətindən xilas edirmi?

Sual: Zinakar kişi və zinakar qadının ailə qurması işlədikləri günaha kəffarə sayılırmı? Həmçinin nikah onları cəzanın tətbiq olunması məsuliyyətindən azad edirmi?

Cavab: Zinakar kişinin zina etdiyi qadınla nikah bağlaması onun işlədiyi günah üçün kəffarə sayılmır. Zinanın kəffarəsi yalnız iki halda olur:

  • Məsələ səlahiyyət orqanlarına çatdıqda ona cəza tətbiq olunur;
  • Yaxud da zinaya görə Qüdrətli və Uca Allaha tövbə etməli, əməllərini islah etməli fitnə və zinaya aparan yerlərdən uzaq olmalıdır.

Kişinin zina etdiyi qadınla evlənməsinə gəldikdə bu haramdır və eynisi qadına da aiddir. Çünki Allah-Təala buyurur: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir”.[1]

Onlar Allaha səmimi bir tövbə ilə tövbə etsələr və baş verənlərə görə peşman olub əməllərini islah etsələr ümumiyyətlə nikahda olduğu kimi həmin qadınla evlənməkdə bir qəbahət yoxdur.

Haram cinsi əlaqədən doğulan uşaq isə həmin kişinin oğlu hesab edilmir. Bu da Allah Rəsulunun sallallahu aleyhi və səlləm sözlərinin ümümiliyinə görədir: “Uşaq yatağa aiddir və əl-ahir[2] daşqalaq olunmalıdır”.[3]

əl-Ahir zina işləyən şəxsə deyilir. Yəni, onun uşağı yoxdur. Hədisin mənası budur. Hətta kişi tövbə etdikdən sonra zina etdiyi qadınla evlənsə, ilk sudan (yəni haram cinsi əlaqə zamanı spermadan) yaranan uşaq, kişi uşağın öz oğlu olduğunu iddia etsə də, oğlu sayılmır. Çünki bu uşaq onun halalı sayılmır.

Fətəvə İsləmiyyə, Şəri cəzalar, cild 6, səh 191-192, DARUSSALAM

http://www.fatwaislam.com/fis/index.cfm?scn=fd&ID=428

 

 


[1] ən-Nur,3.

[2] Zinakar.

[3] Buxari,6818 və Müslim 1458.