Yol hərəkəti qaydaları pozuntusuna görə cərimə ödəməkdən boyun qaçırmaq
Sual: Maşını küçədə qadağan olunmuş müəyyən yerlərdə yaxud günün müəyyən vaxtlarında saxladıqda cərimə talonu gəlir. Cərimənin məbləğ 100 dollar və bəzən daha çox olur. Bu məbləğ böyük olduğundan bunu ödəmək çətin olur. Küçə boş olduqda və heç kəsə əziyyət vermədikdə belə yenə cərimə talonu gəlir. Belə olduğu halda cəriməni ödəməmək olar? Onların bu kimi cərimə təyin etmək haqqı varmı?
Cavab:
Həmd Allaha məxsusdur.
Yol hərəkəti qaydaları pozuntusuna görə tətbiq olunan cərimələr maliyyə cəzası şəklində gerçəkləşən təzir[1] sayılır.
Bunun icazəli olması barədə elm əhli arasında fikir ayrılığı var.
Şeyxu-l-İslam ibn Teymiyyə və onun tələbəsi İbn əl-Qeyyim bu barədə çoxsaylı dəlil-sübut olduğundan bunun icazəli olduğu fikrini irəli sürürlər.
Bax. Məcmu əl-Fətəvə (28/109); əl-Turuq əl-Hukamiyyə, səh.386.
Buna əsaslanaraq bildiririk ki, hər hansı yol hərəkəti qaydaları pozuntusuna yol vermiş şəxsin buna görə müəyyən olunmuş cəriməni ödəməkdən boyun qaçırması icazəli deyil.
İslam Fiqh Akademiyasının verdiyi bəyanatda belə deyilir: “İctimai mənafe bəzi qabaqlayıcı qayda-qanunların olmasını zəruri edir. Bunlardan biri bu kimi yol hərəkəti qayda-qanunları pozuntusuna yol verənlərə tətbiq olunan maliyyə cəzasıdır. Məqsəd hisba[2] qaydalarına müvafiq olaraq küçələrdə və ticarət məkanlarında maşın yaxud digər nəqliyyat vasitələrini idarə edərək insanların həyatını təhlükə qarşısında qoyan şəxslərin qarşısını almaqdır. Sitatın sonu.
Məlumdur ki, yol hərəkəti qaydalarına görə qəzaların baş verməsi yaxud tıxacların qarşısını almaq və ya digər məqsədlərə xidmət etmək üçün bəzi yerlərdə maşınları saxlamaq yasaqdır. Odur ki, bütün vətəndaşların təhlükəsizliyini qorumaq üçün bu sistemə tabe olmaq vacibdir.
Bu yerlərdə maşın saxlamağın zərərə səbəb olub-olmayacağını müəyyən etmək fərdlərin işi deyil. Əksinə bunu müəyyən edən tərəf bu kimi işlərdən məsul şəxslərdir.
Bu qayda-qanunların ziddinə hərəkət edən və nəticədə cərimə edilən şəxsin bunu ödəməkdən boyun qaçırması yasaqdır. Çünki bu cəza ona əsaslı olaraq tətbiq olunmuşdur.
Ən doğrusunu Allah bilir.
http://www.islam-qa.com/ar/ref/130222/traffic
[1] İntizam cəzası.
[2] Pozuntuların qarşısının alınması.


