Dölü bilə-bilə abort edən qadın günahdan necə tövbə etsin?
Sual: Ümid edirəm ki, bu suala inşəAllah cavab verərsiniz. Bilmək istəyirəm ki, Allaha tövbə etməklə bərabər müsəlman bir qadın günahına görə müəyyən bir cəza alırmı? Əgər belədirsə, cəzanı kim icra etməlidir?
Cavab: Həmd Allaha məxsusdur.
Şeyx Fouzan: “Dölə ruh verildikdən və hərəkət etməyə başladıqdan sonra qadın abort etdirirsə və döl ölürsə, həmin şəxs bir məxluqu öldürmüş sayılır, kəffarə ödəməlidir. Bunun kəffarəsi qul azad etmək, bunu bacarmazsa iki ay ard-arda oruc tutmaq və Allaha tövbə etməkdir. Bu hökm hamiləlik dövrü dörd aydan artıq olan hallara şamildir, çünki bu cür halda dölə ruh üflənmiş olur. Qadın bu dövrdən sonra abort etdirərsə, qeyd etdiyimiz kimi kəffarə verməlidir. Bu ciddi bir məsələdir və buna laqeyd yanaşmaq olmaz. Ən doğrusunu Allah bilir”.[1]
Döl xəlq olunduqdan sonra hamiləliyini bilərəkdən ləğv etdiyinə görə qadın mütləq tövbə etməlidir, çünki abort etmək haramdır və buna icazə verilmir. Hamilə qaldığı məlum olduqda bunu qorumaq lazımdır. Dölə bu və ya digər şəkildə zərər toxundurmaq haramdır. Çünki bu Allah-Təalanın qadının bətninə qoyduğu bir əmanətdir və onun da haqları var. Buna görə də, bununla pis davranmaq və yaxud abort etdirmək qadağandır.
[1] “əl-Fətəvə əl-Camiəh lil Məra əl-Muslimə, 3/1052.


