İntihar etmək
Sual: İslam dinində insanın özünü intihar etməsinin hökmü nədir?
Cavab: İntihar etmək hər hansı bir alət, vasitə ilə insanın bilərəkdən özünü qətlə yetirməsidir. Bu haramdır və böyük günahlardan hesab edilir. Allah-Təalanın buyurduğu ayənin ümumi hökmünə daxildir. Allah-Təala buyurur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!”.[1]
Sünnədə də bu məsələ əksini tapır. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Həqiqətən kim (bilərəkdən) özünü qətlə yetirərsə cəhənnəm odunda əzab olunar, orada əbədi qalar”.[2]
Əslində, intihar edən insan hansısa bir insanın bilavasitə əməlindən dolayı, ümumiyyətlə isə ümidsiz, çarəsiz vəziyyətə düşdüyündən bu cür əmələ əl atır. Görürsən ki,başına gələn müsibəti idarə edə bilmir, acizdir. Sözün əsl mənasında bu insan odun, alovun yandırıcı istisindən özünü qurtarmaq üçün başqasından kömək istəyən insana bənzəyir. Nəticədə bu adam düşdüyü çətin vəziyyətdən ondan daha çətin olana doğru addım atır. Lakin səbr etsəydi, Allah ona çətinliyinin öhdəsindən gəlməkdə kömək edərdi.
Keyfə Nuəlic Vəqiunə əl-Əliim, səh. 120
[1] ən-Nisa,93.
[2] Buxari 5778; Müslim 109-110.


