Müsəlman qadın övrət yerini qeyri-müsəlman olan qadın həkimin qarşısında aça bilər?

Sual: Xüsusilə də, qeyri-müsəlman ölkəsində yaşayan müsəlman bir qadının xəstəliyi səbəbindən övrət yerini müsəlman olmayan qadın həkim qarşısında açmasına icazə verilirmi?

Cavab: Buna icazə verilir və Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”.[1]

“…yaxud öz qadınlarından…” ayəsinin açıqlamasından aydın olur ki, qadının zinət yerlərini digər qadınlara göstərməsinə icazə verilir. Alimlərin bəziləri: “...yaxud öz qadınlarından...” ayəsinin şərhində müəlman olmayan qadının bu hökmə daxil olmadığını bildiriblər.

Lakin bu doğru deyil, çünki tibbi müayinə və ya başqa məqsədlər üçün zəruri, ehtiyac duyulan hissəni açmaq olar.

Beləliklə müsəlman qadınla davranış eynilə qeyri-müsəlman qadına da aiddir. Sadəcə müsəlman qadın sirlərin (qeyri-müsəlman qadın) tərəfindən yayılacağından qorxursa bu halda buna (kafir qadının yanında açılmasına) icazə verilmir. Tibbi müayinə məqsədilə müsəlman qadınların qeyri-müsəlman qadının yanında müalicə almasında heç bir xəta yoxdur.

Ğaratul Aşrita, clid 2, səh. 209

 

 


[1] ən-Nur,31.