Hamilə qalmamaq üçün uşaqlığı çıxarmaq


Sual: Şeyx Abd əl-Əziz ibn Bəzdən (Allah ona rəhmət etsin) soruşdular:

Hal-hazırda mövcud olan və yaxud gələcəkdə meydana çıxması güman edilən tibbi səbəblərdən dolayı hamiləliyin qarşısını almaq üçün uşaqlığı çıxarmağın hökmü nədir? Belə ki, tibbi və elmi metodlarla xəstəliyin olacağı proqnozlaşdırılır.

Cavab: “Əgər bu zəruridirsə, olar. Əks halda bu cür etmək olmaz. Çünki Qanunqoyucu bizdən uşaq yiyəsi olmağımızı istəyir və ümmətin sayının artırılmasını təşviq edir. Lakin bunu etmək üçün zəruri bir səbəb varsa, o zaman olar. Üzrlü Şəri bir səbəbdən dolayı məhdud bir vaxt üçün mayalanmanın qarşısını almaq üçün səbəblərdən istifadə etmək misalında olduğu kimi”.

Doğuşun qarşısını almaq üçün istifadə olunan dərmanlar ilə əlaqədar söylənilənlər spirala da şamil olunur. Həkimlər tərəfindən qəti şəkildə sübut edilib ki, mayalanmanın qarşısını almaq üçün istifadə olunan üsul, xüsusilə də bunlar davamlı şəkildə istifadə olunduqda, zərərə səbəb olur. Məlumdur ki, spiral yerləşdirən qadında aybaşı qanı sürətlə dövr edir və onun aybaşı dövrü ayda iki dəfə ola bilər ki, bu da qadının bədənində dəmir çatışmamazlığına səbəb ola bilər. Dəmir bədənin ehtiyac duyduğu ən mühüm minerallardan biridir. Bəzi qadınlar spiraldan istifadə edərkən “qan azlığı” ilə rastlaşa bilərlər və bu da onların “aybaşı dövrünü” uzada bilər, qadında yüksək həcmdə qan və bədəndə yığılan yüksək miqdarda dəmir itkisinə səbəb ola bilər. Həmçinin sübut olunub ki, qadınların çoxu spiral işlətməyin nəticəsində müxtəlif uşaqlıq xəstəliklərindən əziyyət çəkirlər. Bütün bunlara baxmayaraq bir çox qadınların başına gəldiyi kimi, qadın spiralla da hamilə qala bilər. Allahdan əmin-amanlıq, salamatlıq diləyirik! Ən doğrusunu Allah bilir.