Müsəlman qadın kafir qadınların yanında hicabını soyuna bilərmi?

Sual: Şəriətə görə müsəlman bir qadının kafir, məsələn bütpərəst bir qadının yanında açmasına icazə verilən bədən hissələri hansılardır? Bütpərəst (kafir, müşrik) qadının qarşısında müsəlman qadının üzünü açmasının caiz olmadığı nə dərəcədə doğrudur?

Cavab:

Həmd Allaha məxsusdur.

Bu barədə doğru rəy odur ki, qadın göbəkdən yuxarı və dizdən aşağı hissəni müsəlman və ya kafir olmasından asılı olmayaraq yad bir qadının yanında aça bilər. Göbəklə diz arasında olan yer isə övrət sayılır  və hər kəsin yanında örtülür. Müsəlman və ya qeyri-müsəlman olmasından və ya yaxın (qohum) və uzaq (bir kəs) olmasından asılı olmayaraq, heç bir qadın başqa bir qadının övrətini görməməlidir. Eynisi kişilər arasında olan övrət məsələsinə də aiddir (yəni, heç bir kişi digərinin övrətini görməməlidir). Bir qadın digər qadının sinəsini, başını, baldırlarını və s. görə bilər, həmçinin kişi də başqa bir kişinin sinə, baldır və başını görə bilər. Müsəlman qadın kafir qadının qarşısında olarkən örtünməməlidir deyə bəzi elm adamlarının sözünə gəldikdə bu rəy elm adamları arasında olan iki rəydən daha doğru olan rəy ilə əvəz edilir (daha doğru olan rəy tərcih edilir), çünki Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) zamanında yəhudi və müşrik qadınlar müxtəlif ehtiyac və səbəblərdən Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) xanımlarının yanına girib çıxardılar; onların bu qadınlar yanında hicab geydikləri rəvayət edilmir, halbuki onlar qadınların ən təqvalısı və ən fəzilətlisi (üstünü) idi.

Şeyx ibn Bəzz, “Müsəlman qadına dair fətvalar toplusu”, 3-cü Hissə, səh.830