Pomada istifadə etmək

Sual: Pomada istifadə etmək olar?

Cavab: Pomadadan istifadə etməkdə bir problem yoxdur, çünki əsas qaydaya görə, “Haram olduğu müəyyən edilmədikcə əşyalar halal sayılır”. Lakin dodaqlara bunun zərərli olduğu, qurutduğu və nəmliyini itirməsi ilə nəticələndiyi müəyyən olunarsa, bu halda bunun istifadəsinə icazə verilmir. Deyilənə görə dodaqda çat əmələ gəlməsinə səbəb olur. Bu sübuta yetirilərsə, o zaman ziyanlı şeylərdən istifadə etmək bizə qadağandır.

Fətəvə Mənar əl-İslam,3/831.

Doktor Vəcih Zeynəlabidin “əl-Vai əl-İsləmi” adlı jurnalda günümüzdə qadınların geniş istifadə etdiyi kosmetik vasitələrin səbəb olduğu zərərlər barədə məqalə yazıb. Məqalədə deyir:

“Dodaq pomadası dodaqların şişməsinə və yaxud qurumasına, dodaqlarda nazik pərdənin çat verməsinə səbəb ola bilər. Çünki bunlar dodaqlarda olan qoruyucu qatı götürür”.

Şeyx Abdullah əl-Fəuzan, səh.51 “Müsəlman Qadının Zinəti”əsərindən əxz olunub.