Pomadadan istifadə etmək olar?

Sual: Yalnız həyat yoldaşı üçün bəzənmək niyyətilə pomadan istifadə etmək olar?

Cavab: Burada əsas qayda budur ki, zinət (bəzənmək) və gözəllik məqsədilə istifadə olunan hər bir şey icazəlidir. Allah-Təala buyurur: “Yer üzündə olanların hamısını sizə görə xəlq edən… Odur”.[1]

Əriniz üçün özünüzü gözəlləşdirmək, bəzəmək istəyirsinizsə pomadadan istifadə müstəhəb[2] sayıla bilər. Çünki şəriətdə (qadının əri üçün bəzənməsinə) icazə verilir.

Lakin bunları edərkən qoyulan şərtlərdən biri “qadının gözəlliyini nümayiş etdirməsi, qadağan olunan naməhrəm kişilər üçün bəzənməsi” kimi haram şeylərin olmamasıdır. Həmçinin, şərtlərdən biri budur ki, tərkibində bədənə zərər verəcək hər hansı maddə və yaxud donuz yağı kimi nəcis olmamalıdır. Əks halda bu, haramdır. Çünki zərər toxunduran şeyləri etmək bizə qadağan edilib. Necə ki, bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm bildirmişdir: “Nə zərər toxundurmaq olar, nə də zərərə səbəb olmaq”.

 


[1] əl-Bəqərə,29.

[2] Bəyənilən.