Gənc qız uşağına hicab taxmaq vacibdirmi?

Sual: Həddi-buluğ yaşına çatmamış gənc qız uşaqları barədə Şəriət hökmü nədir? Onların başı açıq bayıra çıxması icazəlidirmi? Baş örtüyü olmadan namaz qıla bilərlər?

Cavab: Həmd Allaha məxsusdur.

Uşaqlarını tərbiyə etmək və İslam dininin təlimlərini onlara öyrətmək valideynlərin vəzifəsidir. Valideynlər onlara yalnız bədənləri örtülü ikən bayıra çıxmağı başa salmalıdırlar. Bu cür etməkdə məqsəd fitnədən qaçınmaq və onları ali əxlaq qaydalarına alışdırmaqdır ki, fitnə  obyektinə çevrilməsinlər. Baş örtüyü ilə namaz qılmaları əmr olunmalıdır. Həddi buluğa çatmayan gənc qızlar baş örtüyü olmadan namaz qılsalar da onların namazı doğrudur.

Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Allah həddi buluğ yaşına çatmış (lakin)  başını örtməyən qadının namazını qəbul etmir”.[1]

 

 


[1] Bu hədisi ət-Tirmizi, Əhməd, Əbu Davud və İbn Macə rəvayət etmişdir. Səhih əl-Cami 2/1280.