Qadınların cins geyinməsi
Sual: Qadınların cins geyinməsinə icazə verilirmi? Bilirəm ki, bu suala cavab vermisiniz, lakin cins məsələsi mənim üçün aydın deyil. Həmçinin xahiş edirəm bunu edəni nə cür cəza gözlədiyini bildirəsiniz. Bu mövzu mənim üçün çox mühümdür.
Cavab:
Həmd Allaha məxsusdur.
Şeyx Abdullah ibn Abd ər-Rəhman əl-Cibrinə Allah ona rəhmət etsin qadınların cins geyinməsi ilə bağlı sual ünvanlandı. Şeyxin cavabını olduğu kimi təqdim edirik:
“Qadınların pantalon yaxud şalvar geyinməsinə gəldikdə hətta öz evində yaxud digər qadınlar və ya ərinin yanında olsa belə icazəli deyil. Yalnız əri və bir də özü qapalı bir otaqda isə bu halda olar. Bunun xaricində digər hallarda icazəli deyil. Çünki bunlar qadının bədənin təfsilatını əks etdirir və bu paltarları geymək vərdiş halını alır. Odur ki, bu paltarları geyinmək qəti icazəli deyil”.[1]
Şeyx Muhəmməd ibn Saleh əl-Üseyminə Allah ona rəhmət etsin qadınların hər hansı növ pantalon yaxud şalvar geyinməsi ilə bağlı sual ünvanlandı. Şeyxin cavabını olduğu kimi təqdim edirik:
“Mən hesab edirəm ki, qadınlar ümumiyyətlə şalvar geyməməlidir. Hətta evdə ərindən başqa heç kəs olmasa belə vəziyyət dəyişmir. Çünki bu cür etmək kişilərə oxşamaqdır. Şalvarı kişi geyir və Peyğəmbər sallallahu aleyhi və səlləm kişilərə oxşayan qadınlara lənət edib”.
Fətvalar və Risalələr Məcmusu, Hissə 12, səh.287
http://islam-qa.com/ar/ref/5066
[1] ən-Nuxba min əl-Fətəvə ən-Nisəiyyə, səh.30.


