Qadının özünü kişiyə bənzətməsi

Sual: Yalnız kişi paltarı satılan dükkanlardan qadınların alış-veriş etməsinin hökmü nədir? Bu dükkanlarda adətən Krallığa xaricdən gələnlərin geyindiyi köynəklər satılır. Bu köynəklər qadın geyiminə bənzəyir. Bu kişilərə bənzəmək sayılırmı?

Cavab: Həmd Allaha məxsusdur.

Əgər bir qadın geyinmək üçün kişi paltarı alırsa, bu paltarlar kişilərə məxsus olub cələbiyyə və yaxud köynək kimi adətən onlar tərəfindən geyinilirsə, bu, bənzəməyin bir növüdür. Lakin bu həm kişilər, həm də qadınlar tərəfindən geyinilən bir paltardırsa, bunda qəti olaraq heç bir xəta yoxdur. Bunlara misal olaraq yataq geyimi və həm kişilər, həm də qadınların geyindiyi digər geyimləri göstərmək olar.

Ümumiyyətlə, demək istədiyim budur ki, kişiyə məxsus hər bir şeyin qadının geyinməsi qadağandır. Qadına məxsus hər bir şeyin kişinin geyinməsi qadağandır.

Lakin hər iki cins tərəfindən geyinilən ümumi libasdırsa bunda bir xəta yoxdur. Və yaxud yoxsulluğun yüksək həddə olduğu bəzi müsəlman ölkələrində qadın zəruriyyətdən dolayı bunu etməyə məcburdursa, görünməyən və bədəninin formasını bildirməyən bir geyim tapırsa və bu geyim lazımınca örtürsə, bəzi müsəlman ölkələrində kişi paltarı hesab edilməsinə baxmayaraq, qadının bunu geyinməsində heç bir xəta yoxdur. Bu zəruriyyətdir və övrəti örtmək üçün ehtiyac var. Adi vəziyyət deyil, zəruriyyətdir.

“Şeyx İbrahim əl-Xüdeyrin fətvalarından” əl-Dəvət jurnalı, məsələ 1762, səh.37

 

http://islam-qa.com/en/ref/11083