Kiçik qız uşaqlarına qısa paltarlar geyindirmək

Sual: Bəzi qadınlar, Allah onları doğru yola hidayət etsin, kiçik qız övladlarına qısa paltarlar geyindirirlər. Bu cür paltarlarda onların baldırları görünür. Biz onlara nəsihət etdikdə onlar: “Biz bu paltarları hələ gənc olanda geyərdik və yaşa dolduqda bunun bizə heç bir zərəri olmadı”-deyə cavab verirlər. Sizin bu barədə rəyinizi öyrənmək istəyirik.

Cavab: Bizim rəyimiz budur ki, müsəlman qız övladı nə qədər ki gəncdir bu cür paltarlar geyindirməməlidir. Çünki uşaq bunu geyməyə öyrəşərsə, bundan möhkəm yapışacaq, ona bağlanacaq və bu məsələni yüngül bir məsələ hesab edəcək.

Bununla belə, hələ kiçikliyindən siz onu həyalı olmağa tərbiyə etsəniz, böyüdükdə də bu cür uyğun davranış üzrə davam edəcək.

Müsəlman bacılarıma nəsihət edirəm ki, dinimizin düşmənləri olan kafirlərin geyimlərini tərk etsinlər və uşaqların vücudunu örtən libaslar geyindirməklə onları bu istiqamətdə tərbiyə etsinlər. Onlara abır-həyanı öyrətsinlər, çünki həya imanın bir hissəsidir.

Qadınlara dair fətvalar