Saç əlavə etmək
Sual: Qadın öz saçına (saç) əlavə edə bilərmi?
Cavab: Həqiqi saçından və yaxud həqiqi saça bənzəyən saçdan istifadə etməklə qadının saçına saç əlavə etməsi bu barədə nəql olunan səhih dəlillərə əsasən haramdır.
Müvəffəq edən Allahdır.
Allahın salamı və salavatı Peyğəmbərimizə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinə olsun.
Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl-İftə, cild 5, səh.193, sual 10, Fətva № 9850


