Ağ rəngli toy paltarı geymək

Sual: Toy axşamı qadın ağ toy paltarı geyə bilər, yoxsa bu kafir qadınların paltarı olduğuna görə haramdır?

Cavab: Həmd Allaha məxsusdur.

Qadının ağ toy paltarı geyməsində bir qəbahət yoxdur. Lakin bir şərtlə ki, naməhrəmlər önündə olmamalı və onlara görünməməlidir. Çünki adətən toy paltarları zinətli və bəzəkli olur. Biz artıq bu məsələ ilə əlaqədar bildirmişik ki, qadının hicabının şərtlərindən biri özü-özlüyündə zinət olmamasıdır.

Həmçinin bu paltar qadının hər hansı bir gözəlliyini nümayiş etdirməməli, ifşa etməməlidir. Qadın bunu geyinərək sadəcə qadınların qarşısına çıxsa belə yenə hökm dəyişmir.

Bu paltarın (ağ toy paltarının) kafir qadınların geyimi olması məsələsinə gəldikdə, məsələ anlaşıldığı kimi deyil. Daha doğrusu indiki dövrdə bir çox müsəlman qadın, əksəriyyəti olmasa da, bu cür paltar geyir.

Şeyx ibn Üseymindən rahiməhullah soruşdular:

Qadının öz toy mərasimində ağ geyinməsinin hökmü nədir? Məlum olduğu  kimi bu kafirlərə bənzəməkdir.

Cavab: Kişi paltarı ilə eyni tərzdə deyilsə qadının ağ geyinməsi icazəlidir. Bunun kafirlərə bənzəmək olduğuna gəldikdə, artıq indi məsələ qeyd olunduğu kimi deyil. Çünki indi bütün müsəlman qadınlar ərə getdikdə bu cür paltarlar geyinirlər. Hökm məsələyə dair səbəbin olub-olmamasından asılıdır. Bu paltar artıq kafirlərə bənzəmək olmadığına görə və həm müsəlmanlar, həm də kafirlər üçün adət halını aldığı üçün, o zaman hökm artıq qüvvədən düşür. Bir şərtlə ki, özü-özlüyündə, kökündə bir haramlıq olmasın. Bu cür şeylər bütün hallarda haramdır.

Məcmuət Əsilə Təhumm əl-Məra, səh.92

http://islam-qa.com/en/ref/12853