Təsərrufda əsl olan halallıqdır yoxsa haramlıq?

Sual: Məndə olan məlumatlara görə əməllərin fiqhi iki yerə bölünür:

1. Allah və Rəsulu tərəfindən başqa cür müəyyən olunmayıbsa bütün əməllər mübah sayılır.

2. Bütün əməllərin əsli mübah deyil və xüsusi bir hökmü var.

Mənə dəlillərlə bunlardan hansının daha güclü qayda olduğunu açıqlaya bilərsinizmi?

Cəzakum Allahu xeyr.

Cavab: Həmd Allaha məxsusdur.

Bütün əşyaların icazəli olduğuna dair hökm İslam hüququnun ən başlıca məşhur qaydalarından biri hesab edilir və bu qaydadan belə bir fikir hasil olur ki, bir şeyin qadağan, haram olduğuna dair dəlil olmadıqca, bütün əməllər icazəlidir.

Bu qaydaya dair bəzi istisnalar var: cinsi əlaqə məsələləri, ibadət formaları, ət yemək. Qayda budur ki, icazəli olduğuna dair açıq-aydın dəlil olmadıqca bunlar qadağandır.

Həmçinin başqa bir şəxsin mülkiyyətindən isitifadə yalnız onun izni ilə etibarlı olur.

Müasir müqavilə formalarında hazır, mövcud olmayan bir şeyin satın alınması, kələk, riba, dələduzluq, aldatma və yaxud şəriət ilə qadağan olunan şeyləri özündə əks etdirmirsə bu cür müqavilələrə icazə verilir. Allah daha yaxşı bilir.

Tərcüməçinin əlavə açıqlaması:

Qayda 1: İstifadədə, icazədə əsl olan, haramlığına dair dəlil olmadıqca halal olduğu prinsipidir. Yəni, bir şeyin haram olmasına dair dəlil olmadıqca həmin şey halal sayılır, haramlığına dair dəlil varsa bu istisnadır.

Qayda 2: İbadətlərin isə əsli haramdır. İbadətə dair Quran və Sünnədə dəlil olarsa bu istisnadır. Yəni bir şeyin ibadət sayılması üçün Quran və Sünnədən buna dair dəlil olmalıdır.

Qayda 3: (Heyvanların) kəsilməsində əsl qayda onların haram olmasıdır. Halal olmasına dair dəlil olarsa bu istisnadır.

Doğruya istiqamətləndirən Allah, xəta, nöqsan isə bizdəndir.