Haramla məkruh arasında fərq
Sual: Məkruh sözünün mənası nədir? Məkruh ilə haram arasında fərq nədən ibarətdir?
Cavab: Həmd Allaha məxsusdur.
Məkruh ərəb dilində “xoşlanılan və yaxud sevilənin əksi “mənasını ifadə edir.
İstilahi[1]mənası isə Qanunqoyucunun bizdən bunu etməməyi istədiyi, bununla belə bunu mütləq şəkildə istəmədiyi şeydir. “Allah və Rəsuluna sallallahu aleyhi və səlləm itaət niyəti ilə bunu tərk edən kəsin buna görə savab qazanacağı, lakin bunu edənin cəzalandırılmayacağı mənasını ifadə edir”-deyə tərif etmək olar.
Haram ərəb dilində qadağan olunmuş mənasını ifadə edir.
İstilahi mənası budur ki, Qanunqoyucu bizdən bunu qəti şəkildə etməməyi tələb edir. Haram halalın əksidir. Bir kəs itaət etmək niyətilə haram işləmədiyinə görə ona savab yazılır. Lakin qorxudan, utandığından və aciz olduğuna görə etmirsə, bu hallarda bunu etmədiyinə görə ona savab yazılmır.
“Şərh əl-Vərəqət fi Usul əl-Fiqh “Abdullah əl-Fouzan, 29-30”
http://islam-qa.com/en/ref/9084
[1] Şəriət terminologiyasında.


