Xristian bayramı üçün hazırlanmış taəmləri yemək olar?

Sual: Xristian bayramı üçün hazırlanmış yeməkləri yeməyin hökmü nədir? İsa peyğəmbərin əleyhissəlam doğum gününü qeyd etmək münasibətilə onların dəvətini qəbul etməyin hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Xristianların Kristmas (Milad bayramı) şənliyi və yaxud Novruz bayramını (Farsların Yeni İli-(Nov-yeni, Ruz-il deməkdir) və yaxud Məhracan (Fars bayramı) və ya müsəlmanlar tərəfindən ixtira edilmiş Rəbi əl-Əvvəl ayında qeyd edilən peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü, Rəcəb ayında İsra kimi və s. uydurulmuş bayramları keçirmək olmaz. Bayram münasibətilə xristianlar və yaxud müşriklər tərəfindən hazırlanmış yeməkləri yemək olmaz. Həmçinin bu bayramların qeyd edilməsi üçün göndəriləin dəvətləri də qəbul etmək olmaz. Çünki bu onları ruhlandırır və onların bu bidətlərini təsdiq etməyə bərabər hesab edilir. Bu da öz növbəsində cahil insanlarda yanlış bir təsəvvür, ideya yaradır və onlarda belə bir fikrir formalaşdırır ki, bu bayramları keçirməkdə bir xəta yoxdur. Allah daha yaxşı bilir.

Əl-Lulu əl-Məkiin min Fətəvə İbn Cibrin, səh.27