Qəbirlərin üstünü yazmaq
Sual: Ölmüş insanın qəbirinin üzərində Quran ayələri olan metal lövhə və yaxud yazı və əlavə olaraq da ölən insanın adını, ölüm tarixini yerləşdirmək olar?
Cavab: Qəbir üzərində nə Quran ayələri, nə də başqa bir şey, metal və yaxud işarə, digər buna bənzər şeylər yazmaq olmaz. Çünki Cabir radiyillahu anhu peyğəmbərdən sallallahu aleyhi və səlləm səhih olaraq rəvayət etmişdir ki, o sallallahu aleyhi və səlləm qəbirlərin üzərini suvaqlamağı, onların üzərində oturmağı və onlarn üzərində inşa etməyi qadağan etmişdir. (Müslim № 970).
Bu hədisi Müslim və Tirmizi rəvayət etmişdir; Ən-Nəsai rəvayətçilərin səhih zəncir silsiləsi ilə birgə bunu əlavə etmişdir: “və onların üzərində yazmağı..”(Tirmizi № 1052)
Fətəvə isləmiyyə, cild 1, səh.182 DARUSSALAM


