786 rəqəmi nə ifadə edir?


Sual:
Salam. 786 rəqəmi nə ifadə edir? Xahiş edirəm ətraflı cavablandırın. Eşitdiyimə görə “Bismilləh” mənasını ifadə etmir və bilmək istərdim ki, nə üçün ifadə etmir?

Cavab: 786 rəqəmi 786 mənasını ifadə edir və heç bir başqa məna ifadə etmir. Allah və Rəsulu sallallahu aleyhi və səlləm bizə bir şey öyrətmək istədikdə bunları bizə ən aydın tərzdə, tapmacalardan və sirli nömrələrdən uzaq şəkildə başa salır. Hərfləri saymaq və onları rəqəmlərlə əlaqələndirmək üçün bəzi müsəlmanların göstərdikləri zəhmət və səylər heç bir şey ifadə etmir, sadəcə vaxta israf etməkdir. Bəzən onlar bunu yaxşı niyyətlə edirlər və dinimizin böyük, əzəmətli olduğunu göstərmək istəyirlər. Həqiqətən də, bizim dinimiz əzəmətli və bu cür yanlış, xətalı yanaşmalara ehtiyacı yoxdur.