“Sallallahu aleyhi və səlləm” kəlməsini “S” və yaxud “SAV” kimi ixtisar edərək yazmaq
Sual: Sallallahu aleyhi və səlləm kəlməsinin əvəzinə “S” yazmaq olar və nə üçün?
Cavab: Bu məsələdə sünnət olan“sallallahu aleyhi və səlləm” yazmaqdır. Çünki bu duadır. Dua da ibadətin bir növüdür. Bu şifahi şəkildə söylənilir. “S” və yaxud “SAV” nə duadır, nə ibadətdir. Fərqi yoxdur istər sözlə deyilsin və yaxud yazılsın. Buna görə də, bu cür ixtisar, Peyğəmbərin sallallahu aleyhi və səlləm üstün olduqlarına şahidlik etdiyi ilk üç nəsil tərəfindən işlədilməmişdir.
Müvəffəq edən Allahdır. Allahın salamı və salavatı Peyğəmbərimizin sallallahu aleyhi və səlləm, onun ailəsinin və səhabələrinin üzərinə olsun.
Daimi Komitənin Fətvaları, cild 12, səh.208, sual 3, Fətva 5069


