Qəbirin üstünə əklil[1] qoymaq

Sual: “Naməlum əsgərin” qəbirinin üzərinə əklil qoymaq, vəfat etmiş övliya və təqvalı insanlara ibadət etməyin günahı ilə eynidirmi?

Cavab: Bu əməl bidətdir və ölülərə təzimdə həddi aşmaqdır. Bu əməl təqvalı insanları həddən artıq təzim edənləri əməli ilə eynidir və onların qəbirlərinin üzərində qübbələrin inşa edilməsinə gətirib çıxaracağı, onlardan bərəkət, xeyir-dua istənilməsi və Allah ilə yanaşı onları ilahlaşdırmaq kimi əməllərin edilməsi ilə nəticələnəcəyindən ehtiyat edilir. Bu işə son qoyulmalıdır, əks halda şirk ilə nəticələnə bilər. Allahın salamı və salavatı Muhəmməd peyğəmbərə sallallahu aleyhi və səlləm, onun əhli beytinə və səhabələrinə olsun.

Fətəvə İsləmiyyə, cild 1, səh.29, DARUSSALAM

 


[1] Gül çələngi, gül.