Ya-Sin surəsinin fəziləti və qadağan olunan yerlərdə və şəkildə, bununla belə ixlasla edilən duanın qəbul olunmasının sirri və insanların buna aldanması.
Sual: Ya-Sin surəsini oxumağın fəzilətindən bəhs edən hər hansı səhih hədis varmı? Bəzi insanlar deyir ki, Ya-Sin surəsi hansı məqsədlə oxunursa o məqsədə xidmət edir.
Cavab: Həmd Allaha məxsusdur.
Əvvəla:
Ya-Sin surəsi Qurani-Kərimdə əzəmətli Məkkə surələrindən biri olub səksən üç ayədən ibarətdir, qısa fasilələrlə və qısa kəlmələrin zikri ilə möminin ruhuna güclü təsir bağışlayır. Bu surənin başlıca ana mövzusu digər Məkkə surələrində olduğu kimidir; Bu surədə Uluhiyyət Tövhidi (Allahı qulların əməllərində-namaz, oruc, qurban, dua, nəzir və s. təkləşdirmək) və Rübubiyət Tövhidindən (Allahı Onun əməllərində -yaratmaq, ruzi vermək, kainatı idarə etmək və s. təkləşdirmək), bunu təkzib edənlərin cəzalandırılmasından bəhs edilir. Bu surədə əsas diqqət mərkəzi ölümdən sonra dirilişdir.
İkinci:
Bu surənin fəzilətindən söz açan bir sıra hədis var. Bu hədislərin əksəriyyəti bununla belə yalan və uydurmadır, bəziləri isə nisbətən zəif hədislərdir. Ya-Sin surəsinin fəzilətindən xüsusi bəhs edən hər hansıbir səhih hədisə rast gəlməmişik.
Ya-Sin surəsinin fəzilətindən bəhs edən bununla belə hədisşünas alimlər tərəfindən zəif deyə təsnif olunan hədislərdən bəziləri aşağıda verilib. Onları burada verməkdən məqsədimiz sadəcə bu cür hədislərin zəif, uydurma və yaxud yalan olduğunu sizin diqqətinizə çatdırmaqdır:
“Hər bir şeyin qəlbi var, Quranın qəlb isə Ya-Sin surəsidir, kim onu oxuyarsa sanki Qurani on dəfə oxumuşdur”
“Hər kim bir gecədə Ya-Sin surəsini oxuyarsa sabaha bağışlanaraq çıxar.”
“Hər kim Ya-Sin surəsini hər gecə oxumağa davam edərək sonra da vəfat edərsə şəhid kimi ölər”.
“Hər kim qəbiristanlığa daxil olarkən Ya-Sin surəsini oxuyarsa həmin gün üçün əzabı azalar və qəbiristanlıqdakı insanların sayı qədər ona savab yazılar”.[1]
Üçüncü:
Bəzi insanlar belə bir hədis rəvayət edirlər. “Ya-Sin hansı məqsədlə oxunursa o məqsədə xidmət edir”. Mənası budur ki, Ya-Sin surəsini oxumaqla oxuyanın niyyətinə görə ehtiyacları qarşılanır və işləri asanlaşır.
Burada qeyd etməliyik ki, bu cür sözləri Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Sünnəsinə nisbət etmək və yaxud səhabələr, tabiinlər və yaxud imamlar arasından olan hər hansı bir elm əhlinə nisbət etmək əsla doğru deyil. Onların hər hansı birindən bu cür sözlər sadir olmamışdır, əksinə onlar bunların yalan olduğunu bildirmişdirlər.
əl-Səxavi, Allah ona rəhmət etsin, bu hədis barədə belə deyir:
“Hədisin bu ləfzinin heç bir əsası yoxdur”.[2]
əl-Qadi Zəkəriyyə “Haşiyat əl-Beydəvi”də belə deyir: bu uydurmadır, necə ki, Kəşf əl-Xəfa” (2/2215) əsərində eynisi qeyd olunur.
İbn Tulun əl-Salihinin “əl-Şəzarəh fil Əhədis əl-Muştəhərə” (2/1158) əsərində və əl-Qarinin “əl-Əsrar əl-Mərfuəh” (619) əsərində və digər əsərlərdə bənzər sözlər söylənilir. Şeyx Muhəmməd Amrın məsələyə dair yazdığı məqaləsinə baxın. Qalb əl-Quran, Yasin hədisi, səh.80
Heç kəsin bu hədisi Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) nisbət etmək və yaxud məclislərdə bunlar barədə danışmaq haqqı yoxdur. Hər kim iddia etsə ki, təcrübə bu hədisin səhih olduğunu göstərir, ona belə cavab verilir: Təcrübə həmçinin göstərir ki, Ya-Sin surəsini oxuyanların bir çoxunun ehtiyacları qarşılanır, halbuki Allah bu yolla onların ehtiyaclarını qarşılamamışdır, elə isə biz nə üçün sizin təcrübənizi qəbul etməlik və digərlərinin təcrübəsini isə yox?
İmam ibn Kəsir “Təfsir əl-Quran əl-Azim” (3/742) adlı əsərində alimlərdən bəzilərinin sözlərini iqtibas edərək bildirir ki, bu surənin xüsusiyyətlərindən biri budur ki, “bu surə nə vaxt hər hansı çətin işlər əsnasında oxunarsa Allah bunu asanlaşdırır”. İbn Kəsir bildirir ki, bu sadəcə alimlərin ictihadıdır. Bu barədə isə Quran və Sünnədən, səhabələr, tabiinlərin sözlərindən heç bir dəlil-sübut yoxdur. Belə bir ictihad Allaha və Onun Rəsuluna nisbət edilə bilməz. Daha doğrusu yalnız bunu söyləyən şəxsə nisbət etmək olar, həmin şəxs doğru da ola bilər, xəta da edə bilər. Allahın Kitabı və yaxud Onun Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) Sünnəsinə yalnız bu iki mənbədən olduğuna əmin olduğumuz məsələni nisbət edə bilərik. Allah Təala buyurur:
“De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.[3]
Burada bir məsələni də qeyd etmək lazımdır ki, Allaha dua edərkən və ya bu cür ayələri oxuyarkən insanların çoxunun ehtiyacları ona görə qarşılanır ki, onlar həmin əsnada Allah qarşısında özlərini qəlbən, ruhən zəlil və Ona möhtac hiss edirlər, onların bu an Allaha tərəf ixlasla yönəlməsi bu ehtiyacların qarşılanmasının səbəbidir. Ehtiyaclarının qarşılanmasının səbəbi onların oxuduqları və yaxud qəbirin yanında etdikləri dualar deyil.
Şeyxu-l İslam ibn Teymiyyə, Allah ona rəhmət etsin, demişdir:
Haram dualar edən bəzi insanların ehtiyaclarının qarşılanmasının səbəbi budur ki, onlardan biri dəhşət ehityac içində ola bilər, belə ki, hətta müşrik bir insan belə bir durumda olarsa, bütün yanında dua etsə belə, həmin an Allaha ixlasla, səmimiyyətlə yönəldiyindən (Allah Təala onun bu ixlasına görə ona rəhmi gəldiyindən) Allah onun duasını qəbul edir. Baxmayarq ki, bütün yanında dua etmək şirkdir, hərçənd onun ehtiyacı Allah ilə arasında vasitəçi tutduğu, istər qəbir sahibi istərsə də digər biri olsun, birinin vasitəsilə olsa da. Bütün bunlara baxmayaraq həmin şəxs etdiyi bu cür əməllərə görə cəzasını alacaqdır və Allah onu bağışlamazsa cəhənnəmə atılacaqdır.
Sonra şeyx davam edir: Elə bu səbəbdən də insanlardan bir çoxu məsələnin mahiyyətini yanlış anlayırlar. Çünki onlar eşidirlər ki, bəzi məşhur saleh insanlar bir əməl etmiş və yaxud müəyyən bir dua oxumuş və görmüşdürlər ki, həmin əməl və duanın təsiri olmuşdur, odur ki, onlar bunu dəlil götürərək bu saleh əməl və duanın yaxşı bir şey olduğunu düşünərək bunu Sanki bunu Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) etmişdir kimi özləri üçün sünnət etmişdirlər. Bizim yuxarıda sadaladığımız səbəblərdən dolayı, qeyd etdiyimiz kimi bunlar xətadır. Xüsusilə də həmin əməlin təsirinin sadəcə sözügedən şəxsin qəlbindəki ixlasın nəticəsində olduğunu nəzərə alsaq məsələnin mahiyyəti aydın olur. Daha sonra isə ondan sonra gələn insanlar bunu heç bir ixlas olmadan edir, nəticədə bundan zərər görürlər, çünki bu cür etmək şəriətdə buyurulmayıb. Ona görə də buna tabe olduqlarından dolayı savab qazanmırlar və birinci şəxsin etdiyi kimi eyni ixlas onlarda olmamışdır. Bunu edən birinci şəxs ixlasına və yaxşı niyyətinə görə ola bilsin ki, bağışlansın”.[4]
Ən doğrusunu Allah bilir.
[1] Bax: İbn əl-Cəuzi, “əl-Məvduat” (Uydurmalar) (2/313); əl-Şəukani “əl-Fəvaid əl-Məcmuə” (979,942). Həmçinin bax. “Qalb əl-Quran Ya-Sin fil Mizan və Cumlat mimmə ruviyə fi fədaiilihə” adlı məqalə, Şeyx Muhəmməd Amr AbdulLətif, Allah onu hifz etsin.
[2] əl-Məqasid əl-Həsənəh (741).
[3] əl-Əraf,33.
[4] İqtida Sırat əl-Müstəqim, (2/698, 700).


