Çox utancaq qadındır və qeybət edilən yerdə oturur. Buna görə ona günah yazılırmı?


Sual: Mən qeybət və nəmiməyə 1 nifrət edən bir qadınam. Bəzən digərləri haqqında danışan qadınlar arasında oluram, onlar qeybətə dalırlar və nəmimə ilə məşğul olurlar. Özüm buna nifrət edirəm. Lakin olduqca utancaq olduğumdan onları bundan çəkindirməyə cürətim çatmır. Həmçinin elə bir yer yoxdur ki, onlardan uzaq durum. Allah bilir ki, mən çox təmənni edirəm ki, onlar başqa bir şey haqqında söhbət etsinlər. Onlar ilə oturduğuma görə mənə günah yazılırmı? Nə edim?

Cavab: Həmd Allaha məxsusdur.

Məsələ dediyiniz kimidirsə, siz bu münkər əməli rədd etmədikcə sizə günah yazılır. Onlar sizin sözünüzü qəbul etsələr, o zaman Allaha həmd olsun. Əks halda sizə vacibdir ki, oranı tərk edəsiniz və onlarla oturmayasınız.

Çünki Allah-Təala buyurur: “Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma”.2

“Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır”. 3

Həmçinin Peyğəmbər sallallahu aleyhi və səllə demişdir: Sizdən biriniz bir münkər gördüyü zaman, onu əli ilə (tədbir görməklə); əgər bunu bacarmazsa o zaman dili ilə (etirazını bildirməklə); yox əgər bunu da bacarmazsa, o zaman ürəyində (həmin münkərə nifrət etməklə və onun səhv olduğunu özü-özlüyündə qəbul etməklə) dəyişdirsin, və bu (sonuncu) imanın ən zəifidir”.4

Bu mənada çox sayda ayə və hədislər var.

əl-Fətəvə əl-Cəmiəh lil Mərah əl-Muslimə, səh.1012

 

1.Söz gəzdirmək.
2.əl-Ənam,68.
3.ən-Nisa,140.
4.İmam Müslim “Səhih” əsərində rəvayət etmişdir.