Günah edirəm, sonra tövbə edirəm, sonra yenə eyni günahı edirəm.
Sual: Mən günaha bulaşıram və sonra tövbə edirəm. Lakin nəfsim mənə qalib gəlir və yenə eyni günaha düşürəm. Bu mənim əvvəlki tövbələrimi puç edirmi? Yəni, əvvəlki günahlarım bağışlanmamış qalırmı?
Cavab: Alimlərin cumhurunun rəyinə görə tövbənin qəbul olunması üçün peşman olan şəxsin yenidən eyni günaha düşməməsi bunun üçün şərt qoyulmur.
Tövbənin şərtləri bunlardır:
Günah dərhal tərk olunmalı;
Qəlb ilə həqiqi şəkildə peşmançılıq hissi keçirilməli;
Bu ikisi öz növbəsində həmin günaha bir daha düşməmək üçün qətiyyət ilə müşayiət olunmalıdır.
Bu şərtləri yerinə yetirdi təqdirdə həmin günaha yenə düşərsə o zaman bu tamamilə yeni günah sayılır və yeni tövbəni zəruri edir, keçmişdəkilər ilə heç bir əlaqəsi yoxdur.


