Duadan sonra əlləri üzə çəkmək
Sual: Dua etdikdən sonra əlləri üzə çəkmək barədə hökmü bilmək istəyirik.
Cavab: Əlləri üzə çəkmək barədə səhih hədis nəql olunmayıb. Bu barədə rəvayət olunan hədislərdə zəiflik var. Ona görə də, ən üstünü və ən doğrusu əl ilə üzə çəkməməkdir. Elm adamlarından bəziləri bu cür etməkdə bir xəta olmadığını bildiriblər. Belə ki, bu mövzuda zəif olsa da biri digərini gücləndirən hədislər var. Lakin ola bilsin ki, biri-digərini gücləndirsin, bununla belə həsən li-ğeyrihi[1] olsun. Necə ki, bu barədə Hafiz ibn Həcər Buluğ əl-Məram adlı kitabının axırıncı fəslində qeyd edir.
Demək istədiyimiz budur ki, üzə məsh çəkmək barədə gələn hədislər səhih deyil. Peyğəmbər (sallallahu aleyhi və səlləm) nə istisqa[2] namazında, nə də dua edərkən əlini qaldırdığı digər yerlərdə, bunlardan məsələn Səfa və Mərvədə, Ərafatda, Müzdəlifədə və daş atarkən dua etdikdə əlini üzünə çəkdiyi bəhs olunmur. Bu göstərir ki, ən əfzəli bu cür etməməkdir.
Müvəffəq edən Allahdır.
http://www.binbaz.org.sa/mat/3464
[1] Başqa bir hədis sayəsində yaxşı sayılan: Hədis o zaman həsən li-ğeyrihi hesab edilir ki, hədisdəki zəiflik o qədər cüzidir ki, başqa bir silsilə ilə həsən hədis mərtəbəsinə yüksələ bilər. Ona görə də, həsən olması özü-özlüyündə deyil bunu həsən etməklə bir üstünlük olur.
[2] Xüsusən quraqlıq olduqda (ümumən isə istənilən vaxt) dua edib Allahdan yağış nazil etməsi istənilən zaman iki rəkətli səslə qılınan sünnət namazıdır. Bu namazdan sonra və ya əvvəl bir xütbə vermək sünnətdir. Bu namazlardan nə sonra, nə də əvvəl sünnə namazı qılınmır. “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi”, 5/261-283. Quranın Azərbaycan dilinə tərcüməçisi Əlixan Musayevin Şəriət Risaləsi kitabından.


