Ayaq üstə ayaqqabı geyinmək
Sual:
“Allahın Elçisi – salləllahu aleyhi va səlləm – adamın ayaq üstə ayaqqabı geyinməsini qadağan etdi” hədisinin mənası nədir? Bunu İbn Macə[1] və Əbu Davud[2] rəvayət ediblər və Şeyx əl-Albani bunu səhih saymışdır.
Cavab:
Hədisin mənası ayaqqabı geyənin yıxılması qorxusu ilə ayaq üstə durarkən geyinmənin qadağan olmasıdır; Lakin əgər yerə yıxılmaq təhlükəsindən əmindirsə, o zaman qadağa sadəcə tənzih üçündür,[3] lakin əgər yıxılacağını və zərər çəkəcəyini zənn edirsə, qadağa hökmü daha şiddətli olur.
Mənbə:
http://www.khudheir.com/text/4539
[1] İbn Macə (3618) və ət-Tirmizi (1775) Əbu Hureyrə’dən – radiyallahu anhu – rəvayət ediblər.
[2] Əbu Davud (4135) Cabir bin Abdilləh’dən rəvayət etmişdir.
[3] Yəni bu harama yaxın məkruh hökmündə deyil, halala yaxın məkruh hökmündə olur. Hənbəli məzhəbinin də görüşü budur ki, ayaq üstə ayaqqabı geyinmək məkruhdur.


