Əyilərək, əlini alına qoyaraq salam vermək
Sual: Əyilərək və əli alına qoyaraq salam verməyin hökmü nədir?
Cavab: Əyilərək salam verməklə sadəcə salam vermək qəsd olunursa haramdır, lakin bununla ibadət etməyi qəsd edərsə küfr etmiş olur.[1] Əli alına qoymaq isə səcdə kimidir və şirkin növlərinə daxildir.[2]
Mənbə: “Fətava va Rasəil Səməhətiş-Şeyx Muhamməd bin İbrahim”, 1/109.
[1]İbn Teymiyyə, “Məcmu əl-Fətəva”, 1/377
[2] Bu sözlərin izaha ethiyacı vardır. Sözsüz ki, Allahdan başqasına səcdə etmək şirkdir, lakin əvvəlki şəriətlərdə salam vermək qəsdi ilə səcdə vermək caiz olmuşdur. Yusuf surəsində bunun zikri keçməkdədir. Lakin bizim şəriətimiz bunu qadağan etdiyi üçün salam vermək qəsdi ilə səcdə etmək şirk deyil, haram olmalıdır, çünki bir şeyin daha əvvəlki şəriətdə caiz olduğu halda bizim şəriətdə şirk olması mümkün deyildir. O zaman Şeyx Muhamməd bin İbrahim’in qəsd etdiyi təzim və ibadət qəsdidir. Əli alına qoymaq isə başlanğıcını insanların bir-birinə səcdə etmək işarəsindən götürür, əlini alnına qoyaraq bununla qarşısındakına səcdə etdiyinə işarə edir. Lakin əgər bu, sadəcə bir adət olaraq edilirsə və bununla işin əslində duran mahiyyət qəsd olunmursa, o zaman bu sadəcə haram buyurulmuş bir əməl olacaqdır. Ən doğrusunu Allah bilir!


