Bilmədən adını Allahın Adlarından biri ilə adlandırmaq

Sual: İslam dinini qəbul etdikdən sonra bilmədən adımı Allahın 99 adından birini qoyaraq dəyişdim. Üstündən bir il keçib və bütün sənədlərimdə bu ad keçir və hər kəs məni bu ad ilə çağırmağa alışıb. Rəsmi olaraq adımın qarşısına Abd (qul) sözünü əlavə etmək fərzdirmi və ya sadəcə söylənişdə bunu dəyişmək kifayət edər? Həmçinin, mənə deyilənə görə adımı dəyişmək haramdır.

Cavab: Həmd Allaha məxsusdur.

Allahın Adlarından bəzilərini insanlara ad olaraq qoymaq münasibdir və bunları istifadə etmək olar. Əsas odur ki, Yaradıcıya nisbət edilən bu Ad ilə məxluqata nisbət edilən adın mənasını bir-birindən fərqləndirmək lazımdır. Bu Adlara misal olaraq: Kərim (səxavətli), Lətif , Şəhid (şahid), Həkim (hikmətli) və s. göstərmək olar. Allahın elə adları var ki, onları məxluqata nisbət emək olmaz. Çünki bu Adlar sadəcə Allah üçündür: Məsələn, əl-Baari (Yaradan), ər-Raaziq (Ruzi Verən), əl-Muhyi (Həyat verən), əl-Əvvəl (İlk), əl-Axir (Son) və s.

Sizin adınız birinci növə aiddirsə, bu halda bunda bir xəta yoxdur. Yox əgər adınız ikinci növə aiddirsə, bu halda adınızın qarşısına “Abd”(qul) sözünü əlavə etməklə problem aradan qalxacaqdır. Allahdan diləyimiz budur ki, haqqa sadiq qalmaqda bizə yardım etsin.

Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/en/ref/1783