Qadın namazda (kişi) imamın qiraət xətasını düzəldə bilərmi?

Sual: Qadın kişilərin arxasında namaz qılır və imam Quran oxuyarkən xəta edir, heç kəs onun xətasını düzəltmirsə, qadın düzgün oxunuş qaydasını bilirsə onun xətasını düzəldə bilərmi?

Cavab: Əgər belə bir hal Fatihə surəsinin oxunuşunda baş verərsə, o zaman (kişi) imamın xətasını düzəltmək qadına vacibdir. Çünki imam Fatihə surəsinin oxunuşunda xəta edərsə onun namazı doğru deyil. Bununla belə, əgər o Fatihə surəsi deyil, başqa surələrdə xəta edərsə, (camaat namazında) iştirak edən kişilər qadının tanıdığı kəslər isə və onların yanında (imamın xətasını düzəltmək üçün) səsini çıxardıqda heç bir təəccüb doğurmayacaqsa, o zaman imamın xətasını düzəltməkdə heç bir qəbahət yoxdur. Bunun səbəbi budur ki, qadının səsi övrət (qorunması və örtülməsi əmr olunan) deyil və buna dair dəlil Allah Sübhənahu və Təalanın aşağıdakı ayəsidir: “Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)”.[1]

Ona görə də, “danışdıqda səsi yumşaltmağın qadağan olunması” əmri qadının səsini çıxarmasının icazəli olduğuna dair dəlil təşkil edir.

İləm əl-Muəsirin bi Fətəvə ibn Üseymin, səh.58

 


[1] əl-Əhzab,32.